Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 02:50

Hakim partiyanın ildönümüdür


İ.Əliyev tərəfdarlarının mitinqi

Bu gün, noyabrın 21-də hakim Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 26-cı ildönümüdür.

Partiyanın mətbuat xidmətinin məlumatına görə, bununla bağlı mərkəzi qərargahlarında tədbir keçirilib.

YAP sədrinin müavini, baş nazirin müavini Əli Əhmədov bu partiyanın yaranmasını Azərbaycanın müasir tarixinin ən önəmli hadisələrindən biri kimi dəyərləndirib.

«Bu siyasi təşkilat özünün 26 illik fəaliyyətindən məmnundur. Bu illər ərzində Azərbaycan regionda öz mövqeyini əhəmiyyətli dərəcədə artırıb», - Ə.Əhmədov qeyd edib.

Xatırlatma

YAP 1992-ci ildə yaradılıb. Bundan bir il sonra bu partiyanın sədri Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəlib. 2003-cü ildə prezident seçkisini qalib başa vuran İlham Əliyev isə həm dövlət başçısı postunda, həm də bu partiyada atasının yerini tutub.

Hazırda YAP-ın 700 mindən çox üzvünün olduğu bildirilir. Ancaq onların opponentlərinin bildirməsinə görə, büdcə təşkilatlarında çalışan insanlar kütləvi şəkildə YAP üzvlüyünə cəlb edilirlər. Hərçənd, partiya rəhbərliyi də deyir ki, insanlar könüllü olaraq YAP-a üzv olurlar.

XS
SM
MD
LG