Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:56

Regional parlamentin spiker müavini ölü tapılıb


Aleksei Kleshko

Krasnoyarsk regional parlamentinin spiker müavini Aleksei Kleshko-nun ölüsü tapılıb.

AzadlıqRadiosu-nun noyabrın 19-da səhər regional parlamentin mətbuat xidmətindən əldə etdiyi məlumata görə, Kleshko-nun meyiti regionun paytaxtı Krasnoyarskda bir binanın qarşısında yerdən tapılıb.

Regionun polis şöbəsindən məsələni şərh etməyiblər. Regional fövqəladə xidmətlərdəki mənbələrin RIA Novosti agentliyinə bildirməsinə görə, Kleshko ola bilsin, pəncərədən yıxılaraq dünyasını dəyişib.

48 yaşlı Aleksei Kleshko üç il idi parlamentin spiker müavini idi.

O, 2001-ci ildən Sibirin bu regionundan deputat seçilib, hakim Vahid Rusiya partiyasının parlamentdəki fraksiyasına, parlament komitəsinə rəhbərlik edib.

XS
SM
MD
LG