Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:40

Cəmil Həsənli: 'Telefonlarımız alınmışdı, ifadə almaq istəyirdilər, amma...'


Cəmil Həsənli- noyabr 2014
Cəmil Həsənli- noyabr 2014

“Polisin dünən, noyabrın 17-də Milli Dirçəliş günü Şəhidlər Xiyabanını ziyarətə imkan verməməsi hakimiyyətin insan hüquqlarına müdaxiləsidr”

Bunu, Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli AzadliqRadiosuna bildirib.

Cəmil Həsənli deyib ki, Azərbayanda heç vaxt anım günlərində, bayramlarda müqəddəs yerlərə ziyarətlərə hansısa bir məhdudiyyət olmayıb:

“Doğrudur, polis Milli Şuranın 20 yanvar və 26 fevral ziyarətlərinə zorakılıq göstərir.Ancaq belə bir vəziyyət yaranmamışdı. Bu dəfə saxlananlar oldu, əsasən Milli Şuradan, AXCP-dən olan ziyarətçilər kütləvişəkildə saxlandı, onların bir həssəsi avtobusla hadisə yerindən uzaqlaşdırılsa da, qalanı Səbail Rayon Polis İdarəsinə gətirldi. O cümlədən, Əli Kərimli və mən. Bütün bunlar qanuna zidd hərəkətlər idi”.

Milli Şura sədri deyib ki, idarədə günün çox hissəsini Əli Kərimli ilə polis nəzarətində olublar:

“Telefonlarımız alınmışdı, ifadə almaq istəyirdilər, amma vəkilin iştirakını tələb etdik. Ona görə akt tərtib olundu ki, vəkilləri olmadığından ifadə verməkdən imtina etdilər. Amma vəkil Vidadi Mirkamal bizimlə görüşə cəhd etsə də, icazə verməyiblər. Bəzi media qurumlarında yayılan məlumatlara görə, Əli bəyə İnzibati Xətalar Məcəlləsinə uyğun ittiham irəli sürülüb. Həmin maddələr üzrə ona 2 aya qədər həbs verilə bilər. Məncə, bugün, bazar günü hər şey aydın olmalıdır”.

C.Həsənli bildirib ki, o, noyabrın 17-də günün çox hissəsini Əli Kərimli ilə eyni kabinetdə olub:

“Bu vaxt ərzində bizə qarşı zorakılıq, yaxud kobudluq olmadı”.

C.Həsənli vurğulayıb ki, polisin noyabrın 17-də Milli Şuranın Şəhidlər Xiyabanını ziyarətetməsinə zorakılıqla yol verməməsi daxildə və xaricdə etirazla qarşılanıb:

“Qərb mediası artıq baş verənlər barədə məlumat yayıb, dünən xarici mətbuatın gündəmlərindən biri Azərbaycan hakimiyyətinin qanunsuz hərəkətləri olub. Beynəlxaql təşkilatlar məlumatlanıdırlıb, bir hissəsi öz münasibətini ifadə edib. Sosial şəbəkələrədə hakimiyyətin rəzil hərəkəti tənqid olunur. Bu, hakimiyyətin daha çox qorxu sindromu üzərində qurulmuş ağılsız hərəkətidir. Ancaq antimilli hakimiyyət Şəhidlər Xiyabanının ziyarətgahəna maneçilik törədə bilər. Şəhidlər Xiyabanını ziyarət yalnız siyasi hüquqlarla bağlı deyil, milli-mənəvi məsələdir. Ona görə də bu hisslərdən məhrum olanlar belə qanunsuzluqlara yol verə bilərlər”.

Noyabrın 17-də baş verənlərə və Milli Şura sədri Cəmil Həsənlinin bu açıqlamasına, hələlik, Daxili İşlər Nazirliyi, eləcə də başqa rəsmi qurumlardan münasibət almaq cəhdləri nəticə verməyib.
Ancaq dövlət başçısı İlham Əliyev son vaxtlar dəfələrlə bəyan edib ki, ölkədə sərbət toplaşmaq azadlığı təmin edilir.

Azərbaycanda bütün fundamental azadlıqların qorunduğunu deyən prezidentin vurğulamasına görə, yalnız xalq müxalifətin tələb və istəklərinə müsbət cavab vermir.

Xatırlatma

Noyabrın 17-də Milli Dirçəliş günü ilə bağlı Milli Şura rəhbərliyi və fəallar kütləvi şəkildə "Şəhidlər Xiyabanı"na gediblər. Əllərində qərənfillər olan bu insanlar Milli Dirçəliş günü münasibəti ilə Şəhidlər Xiyabanını ziyarət edəcəklərini açıqlamışdılar. Amma polis buna imkan verməyib. Başda Milli Şura sədri Cəmil Həsənli, bu quruma daxil AXCP sədri Əli Kərimli olmaqla onlarla şəxsi Səbail rayon Polis İdarəsi-nə gətiriblər. Ümumilikdən 30-dan çox şəxsin saxlandığı açıqlanmışdı. Gecə saatlarında Cəmil Həsənli və bəzi fəllar sərbəst buraxılıblar.

Baş verənlərə hələlik, Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG