Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Oktyabr, şənbə, Bakı vaxtı 13:26

Ukraynada pravoslav kilsəsinə hücum olub


Kiyevdə Müqəddəs Maykl monastırı

Kiyevdə 18-ci əsrə aid pravoslav kilsəsinə və keşişə naməlum şəxslər hücum edib. Kilsənin sözçüsü hadisənin noyabrın 15-də səhər baş verdiyini bildirib.

Ukrayna müstəqil kilsə qurandan, Rusiya Pravoslav Kilsəsi ilə əsrlər boyunca davam etmiş əlaqələri kəsəndən sonra Kiyevlə Moskva arasında münasibətlər daha da gərginləşib.

Müqəddəs Andrey Kilsəsinə atılmış Molotov kokteylləri partlamayıb, kilsəyə ziyan dəyməyib.

Sözçü, arxiyepiskop Yevstraty deyib ki, polis hücum edənlərin dörd nəfər olduğunu görüb, onlar keşişin üstünə gözyaşardıcı qaz buraxıblar.

Kiyev hakimiyyəti Müqəddəs Andrey kilsəsinin istifadəsini də Konstantinopol Patriarxlığına verib.

Hazırda Ukrayna Pravoslav Kilsəsi Moskvaya loyallığını bildirən ruhanilərə və Kiyevdə mənzillənən Patriarx Filaretin nəzarət etdiyi hissəyə bölünüb. Moskva ikincini tanımır.

Birləşmiş Ştatların Ukraynadakı səfirliyi kilsəyə hücumdan “çox narahat” olduğunu bildirib.

XS
SM
MD
LG