Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 04:09

Ukrayna separatçılarının lideri Rusiyayla inteqrasiya vəd edir


Denis Pushilin

Ukraynanın şərqində Moskvanın dəstəklədiyi separatçıların lideri Rusiyayla daha sıx inteqrasiya vəd edir. Qeyd edək ki, bu günlərdə keçirilmiş seçkini Kiyev və Qərb pisləmişdi.

Rusiya Federasiyasına doğru siyasət davam edəcək”, – Donetsk regionundakı separatçıların lideri Denis Pushilin noyabrın 14-də seçkidən sonra media qarşısına ilk dəfə çıxaraq deyib.

“Bu, təkcə mədəni, sosial deyil, həm də iqtisadi inteqrasiyadır. Biz artıq Ukraynasız yaşamağı öyrənmişik”, – o vurğulayıb.

Kiyev və beynəlxalq havadarları noyabrın 11-də Donetsk və Luqansk regionlarında separatçıların keçirdiyi seçkinin münaqişəni bitirmək cəhdlərini əngəlləyəcəyini bildirib.

2014-cü ilin aprelindən bəri Ukraynanın şərqindəki münaqişədə 10 min 300-dən çox ölən olub.

Moskva isə bu seçkilərin münaqişənin bitirilməsini hədəfləyən Minsk razılaşmalarını pozmayacağını bəyan edib.

Separatçıların bildirməsinə görə, Donetskdə 37 yaşlı Pushilin, Luqanskda isə 48 yaşlı Leonid Pasechnik qalib gəliblər.

XS
SM
MD
LG