Keçid linkləri

Təcili xəbərlər
2021, 21 Yanvar, Cümə axşamı, Bakı vaxtı 19:19

İran hər il silahlı qruplara 1 milyard dollar ‘xərcləyir’


Nathan Sales

İran hər il Hizballah, Hamas və Yaxın Şərqdəki digər silahlı qruplara dəstək məqsədilə 1 milyard dollar yaxın vəsait xərcləyir. Bu iddianı Birləşmiş Ştatlar səsləndirib.

ABŞ-ın səfiri, Dövlət Departamentində terrorçuluqla mübarizə üzrə koordinator Nathan Sales noyabrın 14-də Vaşinqtonda jurnalistlərə danışıb. O deyib ki, İran hər il Livanın silahlı qruplaşması olan Hizballaha 700 milyon dollar xərcləyir, həmçinin Suriyada üsyançılarla yeddi ildir davam edən vətəndaş müharibəsində Prezident Bashar al-Assad-ı dəstəkləyir.

Sales onu da qeyd edib ki, Tehran Fələstinin Hamas yaraqlı qruplaşmasına və “Fələstinin digər terror qruplarına” ildə 100 milyon dollar ayırır. O, pulun qalanının hara getdiyini açıqlamasa da, Tehranın Yaxın Şərqdə silahlı qruplaşmaların fəaliyyətinə hər il 1 milyard dollar xərclədiyini vurğulayıb.

Elə ABŞ Prezidenti Donald Trump da İranla nüvə sazişindən çıxmasını, Tehrana sanksiyaların bərpasını bu ölkənin Yaxın Şərqdə yaraqlıların fəaliyyətini dəstəkləməsi ilə əlaqələndirmişdi.

İran rəsmilərinin deməsinə görə, sanksiyalar ölkənin Suriya, Livan, Fələstin, İraq və digər yerlərdə müttəfiqlərinə dəstəyinə təsir göstərməyəcək.

Bu ilin əvvəlində İranda keçirilən küçə etirazlarında da hökumətin Suriya və digər yerlərdə pul xərcləməsindən narahatlıq səslənmişdi.

XS
SM
MD
LG