Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 18:44

Etnik əhvaz ərəblərin ‘gizli edamları’ndan narahatdırlar


Əhvazda parada hücum

Amnesty International insan haqları təşkilatı İran hakimiyyətini etnik əhvaz ərəb azlığının yüzlərlə üzvü barədə məlumat verməyə çağırır.

Londonda mənzillənən qurum bu çağırışla noyabrın 14-də çıxış edib. Məsələ bundadır ki, son günlər 22 nəfərin “gizlicə” edam olunması barədə məlumatlar yayılıb.

İran rəsmiləri bu məlumatları təkzib edib.

Bu şəxslərin gizli şəkildə edam olunduğu təsdiqlənərsə, bu, “beynəlxalq hüquq çərçivəsində bir cinayətə deyil, yaşamaq hüququnun mənfurcasına pozulması, ədalətin tamamilə lağa qoyulması olar”, – bunu qurumun təmsilçisi Philip Luther deyib.

Amnesty International bildirir ki, sentyabrın 24-dən 600-dək əhvaz ərəbi saxlanıb, onların ailələri, vəkilləri ilə əlaqəsi yoxdur. Həmin tarixdən iki gün öncə İranın cənub-qərbindəki Əhvaz şəhərində hərbi parada silahlı hücum olmuş, azı 25 nəfər öldürülmüşdü.

İran həmin hücuma görə Əhvazın Azadlığı uğrunda Ərəb Mübarizə Hərəkatını (ASMLA) ittiham edib. Qruplaşma isə həmin zorakılıqda əli olmadığını bildirir.

ASMLA İranın cənub-qərbindəki neft hasil oluna Xuzistan vilayətində etnik ərəblər üçün ayrıca dövlət qurulmasını istəyir.

Ərəblər İranda azlıq təşkil edir, müstəqillik, muxtariyyət istəyir.

XS
SM
MD
LG