Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Oktyabr, şənbə, Bakı vaxtı 14:15

Britaniya müsəlmanlarından Bibi çağırışı


Asia Bibi

Britaniyanın üç imam daxil olmaqla tanınmış müsəlmanları ölkəni pakistanlı xristian qadın Asia Bibiyə sığınacaq təklif etməyə çağırıb.

Bibi ölkəsində küfrə qarşı bəraət alıb, barəsində ölüm cəzası ləğv olunub. Ancaq sərt-xətt tərəfdarları olan islamçı partiyaları bunu etirazla qarşılayıb, bir neçə gün yürüşlər keçirib və hökumət işə yenidən baxılmasına razılaşıb.

Britaniyanın daxili işlər naziri Sajid Javidə məktubunda müsəlmanlar naziri “qadına aydın şəkildə sığınacaq təklif etməyə” çağırırlar.

Noyabrın 14-də açıqlanmış məktubu parlamentin 15 üzvü imzalayıb.

Beş uşaq anası olan Bibiyə ölüm cəzası 8 il öncə kəsilmişdi. Həbsdən buraxılandan sona əri Qərb ölkələrindən sığınacaq istəyib, ailəsinə təhlükə olduğunu deyib.

Qadının Pakistandan çıxışı qadağan olunub.

XS
SM
MD
LG