Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 16:12

Qəzzədə 7 fələstinli, bir israilli öldürülüb


Nour Baraka-nın anası

Qəzzə zolağında toqquşmalarda yeddi fələstinli və bir israilli əsgər öldürülüb.

İsrail ordusu noyabrın 11-də baş vermiş toqquşmalarda bir zabitinin öldürüldüyünü, birinin yaralandığını açıqlayıb.

Bundan bir neçə saat öncə isə Fələstin rəsmiləri yeddi silahlının öldürüldüyünü bildirib. Onların içində Hamasın silahlı qanadı olan Qassam Briqadasının yerli komandiri Nour el-Deen Baraka da var.

Bu arada İsraillə Qəzzənin Hamas liderləri qeyri-rəsmi atəşkəs əldə etməyə çalışırlar.

Ötən həftə İsrail Qətərə icazə verib ki, Hamasa 15 milyon çatdırsın. Hamas isə İsrail sərhədi boyunca həftəlik nümayişinin miqyasını kiçildib.

Regionda zorakılığın qızışması İsrailin Baş naziri Benjamin Netanyahu-nu noyabrın 11-də Parisə səfərini kəsərək ölkəyə qayıtmağa məcbur edib.

XS
SM
MD
LG