Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Noyabr, bazar, Bakı vaxtı 12:20

Kaliforniyada barda 12 nəfər öldürülüb


Hadisə yeri

Kaliforniyanın cənubunda bir nəfər bar və restorana girərək atəş açmağa başlayıb, polis 12 nəfərin öldürüldüyünü bildirir.

Xeyli sayda yaralı var.

CNN televiziyası 12 nəfərin, “Frans Pres” agentliyi isə silahlı daxil olmaqla 13 nəfərin öldürüldüyünü xəbər verir. Məlumata görə, şerifin müavini də qurbanlar arasındadır.

***

“Reuters” agentliyi yerli rəsmiyə istinadla yazır ki, 11 nəfərə atəş açılıb, amma yaraların həyatlarına nə dərəcədə təhlükə yaratdığını bilmir.

Hadisə Los Anceles ətrafında baş verib.

Şübhəlinin saxlanıb-saxlanmadığı, yaralı olub-olmadığı da bəlli deyil.

USAToday şübhəlinin öldüyünü xəbər versə də, şerifin sözçüsü bununla bağlı məlumatı olmadığını söyləyib.

Hadisə yerində polis və xilasedicilər işləyir.

Şahidlərin CNN-ə deməsinə görə, atəş açılmağa başlayanda bəzi adamlar stullarla pəncərələri qırıb qaçmağa çalışıblar.

Bəziləri içəri girən adamın 30 dəfəyədək atəş açdığını deyir. Ancaq daha az atəş açıldığını da söyləyənlər var.

Günün bütün mövzuları

XS
SM
MD
LG