Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:24

Ermənistanda seçkiyə hazırlıq başlanır 


Prezident Armen Sarkisian
Prezident Armen Sarkisian

Ermənistanın Mərkəzi Seçki Komissiyası gələn aya təyin olunmuş seçkinin qrafikini açıqlayıb.

Seçki kampaniyası noyabrın 26-dan dekabrın 7-dək keçiriləcək.

Siyasi partiyalar və alyanslar seçkiyə 25 gün qalmışdan gec olmayaraq, yəni noyabrın 14-dək qeydiyyat üçün sənədlərini təqdim etməlidirlər.

Namizədlərin siyahısı isə 14-19 noyabr tarixlərində təqdim olunmalıdır.

Müşahidəçilər Nikol Pashinian-ın siyasi komandasının seçkini udacağını gözləyirlər.

***

Ermənistan przeidenti Armen Sarkisian noyabrın 1-də parlament seçkilərinin dekabrın 9-da keçirilməsinə dair fərman imzalayıb.

Xəbər verilir ki, seçkiyə qədər olan müddətdə Pashinian baş nazirin səlahiyyətlərini icra edəcək.

***

Ermənistan baş naziri ikinci cəhddə də seçə bilmədi

Bu gün – noyabrın 1-də Ermənistan parlamentində baş nazir seçmək cəhdi ikinci dəfədə də alınmayıb. Bu, artıq növbədənkənar parlament seçkisinin qaçılmaz olması deməkdir.

Deputatların bu addımı əvvəlcədən əldə olunmuş siyasi razılaşma nəticəsində mümkün olub.

Ermənistan parlamenti
Ermənistan parlamenti

Bu gün keçirilən iclasda 70 deputat qeydiyyatdan keçib, Nikol Pashinian-ın “lehinə, yaxud əleyhinə heç kəs səs verməyib, 13 nəfər səsverməyə qatılmayıb”, – parlamentin spikeri Ara Babloyan deyib.

Yəni Pashinian yetərincə səs toplaya bilməyib və Milli Assambleya buraxılıb.

Pashinian daha öncə demişdi ki, növbədənkənar seçki çox güman dekabrın 9-da keçiriləcək.

***

Pashinian-ın namizədliyi ikinci dəfə irəli sürülüb

Ermənistanda baş nazir vəzifəsini icra edən Nikol Pashinian-ın parlamentdəki fraksiyası bir həftə ərzində artıq ikinci dəfə onun bu posta namizədliyini irəli sürüb. Bu, növbədənkənar seçkiyə nail olmaq planının bir hissəsidir.

Nominasiyanı Yelk fraksiyası irəli sürüb, müttəfiq qruplar və bəzi müstəqil deputatlar onu dəstəkləyib. Fraksiyanın lideri Lena Nazarian oktyabrın 30-da AzadlıqRadiosu-na deyib ki, bu taktiki addımın məqsədi parlamentin buraxılmasına və erkən seçkinin təyin olunmasına nail olmaqdır.

Ermənistan konstitusiyasına görə, baş nazir istefa verəndən iki həftə sonra parlament bu vəzifəyə heç kəsi seçə bilmirsə, növbədənkənar seçki təyin olunur.

Ermənistan parlamenti
Ermənistan parlamenti

Seçki 30 gündən tez, yaxud 45 gündən gec keçirilməməlidir, yəni bu zaman səsvermə təxminən dekabrın birinci yarısına düşür.

Pashinian-ın partiyası ötən ay Yerevanda mer seçkisində qələbə çalıb. Bundan sonra o, parlamentdə çoxluğa sahib siyasi opponentlərindən canını qurtarmaqdan ötrü erkən seçki keçirməyə çağırıb.

Vaxtilə müxalifətdən deputat olmuş Pashinian mayda küçə etirazları nəticəsində hakimiyyətə gəlib. Sələfi, Respublikaçı Partiyasından Serzh Sarkisian aprelin 23-də istefaya məcbur olub.

Yelk ilk dəfə Pashinian-ın namizədliyini oktyabrın 23-də verdi, deputatlar bir gün sonra bu nominasiyanı rədd etdilər. İkinci nominasiyadan ötrü parlamentdəki deputatların üçdə birinin imzası gərəkirdi.

Yelk fraksiyasının 105 üzvlük Milli Assambleyada cəmi 9 yerə sahibdir. Onu Tsarukian blokundan 31 deputat, həmçinin HHK fraksiyasından çıxmış 4 deputat dəstəkləyib.

Pashinian-ın namizədliyi noyabrın 1-də səsverməyə çıxarılacaq və rədd olunacağı gözlənir.

Pashinian isə parlamentdə yerlərin bölüşdürülməsi mexanizmini dəyişəcək qanunvericiliyin qəbuluna yetərincə səs toplaya bilməyib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG