Keçid linkləri

2024, 03 Noyabr, bazar, Bakı vaxtı 10:49

Parlament Pashinian-ın təklifini yenə də qəbul etmədi


Ermənistan Milli Məclisi
Ermənistan Milli Məclisi

Ermənistan parlamenti ölkənin Seçki Məcəlləsinə baş nazir Nikol Pashinian-ın hökuməti tərəfindən təqdim edilmiş dəyişiklikləri qəbul etmək üçün yenə də kifayət qədər dəstək əldə edə bilməyib.

Pashinian erkən parlament seçkisinin bu dekabrda keçirilməsinə çalışır.

Dəyişiklik təklifləri parlamentdə ikinci dəfə oktyabrın 29-da səsə qoyulub. Bundan bir həftə əvvəl dəyişikliklər layihəsi Milli Məclisdə lazımi dəstək tapmamışdı.

Əslində bu dəyişikliklər Serzh Sarkisian-ın parlamentdə hələ də çoxluq təşkil edən Respublikaçı Partiyası tətəfindən bloklanır. Bu partiya erkən seçkilərin dekabrda keçirilməsini istəmir.

Hökumət tərəfindən oktyabrın 16-da təsdiq edilmiş dəyişikliklər layihəsi seçki mexanizmini, xüsusilə də parlamentdə mandatların bölüşdürülməsi qaydasını kökündən dəyişməlidir. Pashinian tərəfdarları düşünürlər ki, 2017-ci ilin aprelində keçirilmiş seçki zamanı indiki Seçki Məcəlləsi hakim partiyaya daha geniş imkanlar yaradıb.

Ermənistan Konstitusiyasına görə Seçki Məcəlləsinə hər hansı dəyişiklik edilməsi üçün bu dəyişikliklərin leyihinə 105 mandatlıq parlamentin azı 63 deputatının səs verməsi zəruridir.

Oktyabrın 29-da Pashinian-ın dəyişikliklərinə deputatların 62 nəfəri səs verib. Oktyabrın 22-də ilk səsvermədə bu dəyişikliklərə 56 deputat səs vermişdi.

Pashinian parlament çoxluğunu “sabotajda” günahlandırıb.

Öz növbəsində Respublikaçı Partiya hökumətin ittihamlarını rədd edərək bildirir ki, hökumət bir sıra alternativ təklifləri ümumiyyətlə yaxına buraxmır.

Respublikaçı Partiyadan millət vəkili Armen Ashotian oktyabrın 29-da hökumət təkliflərinin ikinci dəfə səsə qoyulmasını “demokratiyanın ələ salınması” adlandırıb.

“Seçki qanununun seçkiyə 40 gün qalmış dəyişdirilməsi sadəcə olaraq absurddur”.

Oktyabrın 19-da Avropa Şurası Venesiya Komissiyasının prezidenti Gianni Buquicchio demişdi ki, dəyişikliklər layihəsi “legitim məqsədlər güdür və əsasən pozitivdir”.

O habelə qeyd etmişdi ki, komissiyanın bəzi dəyişikliklər barədə “narahatlıqları” var, lakin dəyişikliliklər barədə ölkənin siyasi qüvvələri arasında konsensus əldə edilərsə, bu “narahatlıqlar” aradan qalxar.

Əgər siyasi fraksiyalar arasında qəbul edilmiş razılaşma əsasında parlament yeni baş naziri seçə bilməsə, onda Milli Məclis bu həftənin sonunadək buraxılmalıdır.

Pashinian oktyabrın 16-da demişdi ki, o parlamentin buraxılması mexanizminin işə düşməsi və erkən seçki keçirilməsi məqsədilə öz postundan istefa verir.

Ermənistan Konstitusiyasına görə parlament iki cəhddə yeni baş nazir seçə bilməsə, onda iki həftə ərzində buraxılmalı, erkən seçki keçirilməlidir.

Ölkə qanununa görə yeni seçki parlamentin buraxılmasından 30 gün tez və 45 gün gec olmayaraq keçirilməldir.

XS
SM
MD
LG