Keçid linkləri

Təcili xəbərlər
2021, 22 Yanvar, Cümə, Bakı vaxtı 23:34

İsveçrə rusiyalıları casusluqda günahlandırır


Cenevrə

İsveçrə hökuməti iki Rusiya vətəndaşına qarşı cinayət işinin qaldırılmasına icazə verib. Onlar siyasi casusluqda şübhəli bilinirlər.

İstintaqın versiyasına görə, Rusiya kəşfiyyatının əməkdaşı olduğu iddia edilən həmin şəxslər İsveçrədə Müdafiə Nazirliyinin radioloji və kimyəvi-bakterioloji analiz laboratoriyasına haker hücumu hazırlamaq istəyiblər. Bu laboratoriya Sergey və Yuliya Skripalların zəhərlənməsinin araşdırılmasında iştirak edib.

Barəsində cinayət işi açılan şəxslərin Ümumdünya Antidopinq Agentliyinə də haker hücumda iştirak etdikləri bildirilir. Məqsəd Rusiya idmançılarının dopinqdən istifadə etməsi işi haqqında məlumat almaq olub.

Casus odluğu deyilən Rusiya vətəndaşları hələ bu ilin yazında Hollandiyada saxlanılıblar və daha sonra ölkədən çıxarılıblar. İsveçrə hökuməti şübhəlilərin adlarını açıqlamayıb. Ancaq «Bellingcat» qrupunun araşdırmalarına görə, bunlar Aleksandr MışkinAnatoli Çepiqa ola bilər. Həmin şəxslər Aleksandr Petrov və Ruslan Başirov adı ilə Böyük Britaniyada Skripalları zəhərləməkdə şübhəli bilinirlər.

Bir ay öncə ABŞ, Hollandiya və daha bir neçə ölkə Rusiya hərbi kəşfiyyatını bütün dünyada kiberhücumlar hazırlamaqda ittiham ediblər. Moskva ittihamları rədd edir.

XS
SM
MD
LG