Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Oktyabr, çərşənbə, Bakı vaxtı 06:41

Velosipedçilərin ölümünə görə 17 tacik mühakimə olunur


Velosipedçilər hücumdan öncə

Tacikistanda iyulun sonunda dağ yolunda dörd əcnəbi velosipedçinin qətlində şübhəli bilinən 17 tacik məhkəmə qarşısına çıxarılıb.

Oktyabrın 23-də başlanan proses Düşənbədəki 1 saylı təcridxanada qapalı keçirilir.

Təqsirləndirilənlərin qohumları da binaya buraxılmayıb.

Dörd velosipedçi – bir amerikalı kişi və bir qadın, bir holland və bir isveçrəli iyulun 29-da öldürülüblər. Bir qrup şəxs onlara hücum edərək bıçaqlayıb.

Paytaxtdan 150 kilometr cənubda baş vermiş insidentdən iki əcnəbi velosipedçi salamat çıxıb.

Hücumda şübhəli bilinən beş nəfərdən yalnız biri – Hussein Abdusamadov təqsirləndirilənlər sırasındadır. Qalan dörd nəfər təhlükəsizlik qüvvələri tərəfindən öldürülüb.

Təqsirləndirilənlərdən 16-sı hücumun təşkilində, hücum barədə məlumat verməməkdə şübhəli bilinir.

Hücuma görə məsuliyyəti İslam Dövləti (İŞİD) silahlı qruplaşması üzərinə götürüb.

XS
SM
MD
LG