Keçid linkləri

Təcili xəbərlər
2020, 22 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 00:47

Həm hakim, həm də müxalifət partiyası parlamentdə yer qazanıb


Pakistanda seçki, 14 oktyabr, 2018-ci il

Pakistanda parlamentinin aşağı palatasına keçirilən əlavə seçkilərdə hakim Pakistan Tehrik-e Insaf partiyası (PTI) və müxalifətin Pakistan Müsəlman Nawaz Liqası (PML-N) hərəyə 4 yer qazanıb.

Oktyabrın 14-də pakistanlılar Milli Assambleyanın aşağı palatasının 11 üzvünü və vilayət məclislərində 24 yerə üzv seçiblər.

İlkin rəqəmlərə görə, PTI və PML-N hərəyə dörd yer əldə ediblər.

İlk dəfə olaraq, xaricdə yaşayan pakistanlılar onlayn səs verə biliblər.

İyulun 25-də keçirilən parlament seçkisində bəzi namizədlər birdən artıq yerə seçilmişdilər deyə sonradan bəzi yerlər boş qaldı və əlavə seçkilər də həmin yerləri doldurmağa görə keçirilib.

Ümumilikdə, 11 yer uğrunda 370 namizəd mübarizə aparırdı.

XS
SM
MD
LG