Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:24

Səudiyyə rəsmisi deyir ki,Ər-Riyad ona qarşı iqtisadi və siyasi təzyiqlərə imkan verməyəcək


Jurnalist Jamal Khashoggi-nin yoxa çıxmasına etiraz aksiyası
Jurnalist Jamal Khashoggi-nin yoxa çıxmasına etiraz aksiyası

“Səudiyyə Ərəbistanı ona qarşı iqtisadi və siyasi təzyiqlərə imkan verməyəcək".

AzadlıqRadiosu Rusiya xidmətinin oktyabrın 14-də verdiyi məlumata görə, bunu hökumətdəki mənbə dövlət agentliyi olan “Saudi Press”ə deyib.

“Al Arabia” televiziya kanalı isə rəsmi mənbəə istinadla xəbər verib ki, Ər Riyad ona qarşı yönəlmiş istənilən hərəkətə böyük reaksiya verəcək.

Xatırladaq ki, ABŞ prezidenti Donald Trump bundan əvvəl demişdi ki, əgər jurnalist Jamal Khashoggi-nin qətlində Səudiyyə Ərəbistanının əli olduğu bəlli olsa, Ər-Riyadı ağır cəza gözləyir.

Frans-Press agentliyi isə bu arada, Səudiyyə nümayəndə heyətinin Ankaraya getdiyini xəbər verir.

Agentliyin məlumatına görə, jurnalistin ölümü ilə bağlı orda birgə işçi qrupun iclası keçiriləcək.

Buna da bax:Trump yoxa çıxmış jurnalist Jamal Khashoggi-nin nişanlısını Ağ evə dəvət edib

İstanbuldakı Səudiyyə səfirliyi qarşısında etiraz aksiyası
İstanbuldakı Səudiyyə səfirliyi qarşısında etiraz aksiyası

​Qeyd edək ki, journalist Jamal Khashoggi oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğuna girdikdən sonra yoxa çıxıb.

O, səfirliyə sənəd almaq üçün gedibmiş.Nişanlısı isə onu bayırda gözləyirmiş.

Türkiyə hakimiyyəti hesab edir ki, jurnalisti konsulluğun binasında öldürüblər.

Səudiyyə Ərəbistanı ittihamı rədd edir.

Khashoggi Səudiyyə Ərəbistanının Yəmən siyasətini və fəqli düşünənləri boğmasını tənqid edən yazıları ilə tanınırdı.

O,Vaşinqton Post” qəzeti ilə əməkdaşlıq edirdi.

ABŞ Senatının beynəlxalq məsələlər üzrə komitəsi bu günlərdə “Magnitsky aktı” çərçivəsində Səudiyyə rəsmilərinə qarşı sanksiyalar tətbiq edilməsini tələb edib.

Prezident Donald Trump-ın bu barədə qərar verməsi üçün 120 günü var.

Böyük Britaniya da bəyan edib ki, bu məsələyə görə Səudiyyə rəsmilərinə qarşı sanksiyalar tətbiq edə bilər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG