Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:11

Trump yoxa çıxmış jurnalist Jamal Khashoggi-nin nişanlısını Ağ evə dəvət edib


Donald Trump. ABŞ prezidenti
Donald Trump. ABŞ prezidenti

ABŞ prezidenti Donald Trump yoxa çıxmış səudiyyəli jurnalist Jamal Khashoggi-nin nişanlısı Khadija Cengizi Ağ evə dəvət edib.

ABŞ prezidenti bunu Türkiyədə həbsdən azad edilmiş keşiş Andrew Brunsonla görüşdə bəyan edib.

Cengiz “The New York Times”la söhbətdə deyib ki, əgər Vaşinqton nişanlısının yoxa çıxması ilə bağlı istintaqa kömək etsə bu təklifə baxa bilər.

Qeyd edək ki, journalist Jamal Khashoggi oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğuna girdikdən sonra yoxa çıxıb.

O, səfirliyə sənəd almaq üçün gedibmiş.Nişanlısı isə onu bayırda gözləyirmiş.

Türkiyə hakimiyyəti hesab edir ki, jurnalisti konsulluğun binasında öldürüblər.

Cengiz də “The New York Times”la söhbət zamanı Khashoggi-nin sağ olduğunu şübhə altında qoyub.

Səudiyyə Ərəbistanı ittihamı rədd edir.

Buna da bax:Trump:Jurnalistin qətli bəlli olsa Səudiyyə Ərəbistanını ağır cəza gözləyir

Khashoggi Səudiyyə Ərəbistanının Yəmən siyasətini və fəqli düşünənləri boğmasını tənqid edən yazıları ilə tanınırdı.

O,Vaşinqton Post” qəzeti ilə əməkdaşlıq edirdi.

Jamal Khashoggi
Jamal Khashoggi

ABŞ Senatının beynəlxalq məsələlər üzrə komitəsi bu günlərdə “Magnitsky aktı” çərçivəsində Səudiyyə rəsmilərinə qarşı sanksiyalar tətbiq edilməsini tələb edib.

Prezident Donald Trump-ın bu barədə qərar verməsi üçün 120 günü var.

ABŞ prezidenti kralın əsas varisi sayılan Muhammed bin Salmanla əlaqə saxlayacağını vəd edib.

Böyük Britaniya da bəyan edib ki, Səudiyyə rəsmilərinə qarşı sanksiyalar tətbiq edə bilər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG