Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:31

HRW: Azərbaycanda vətəndaş cəmiyyəti əzilməkdədir


Azərbaycanda etiraz aksiyası, 2014-cü il
Azərbaycanda etiraz aksiyası, 2014-cü il

Human Rights Watch insan haqları təşkilatı BMT-nin İnsan Haqları Şurasının Azərbaycana dair Universal Periodik İcmalı qəbul etməsini alqışlayır. Qurum qeyd edir ki, hökumət bir sıra sahələr üzrə saysız tövsiyələri qəbul edib. Buraya Davamlı İnkişaf Məqsədləri, insan haqları üzrə maarifləndirmənin, bərabərliyin təbliği də daxildir. Hökumət söz və birləşmə azadlığı üzrə tövsiyələri də qəbul edib.

QƏBUL OLUNMAYAN TÖVSİYƏLƏR

Ancaq qurum hökumətin bir sıra tövsiyələri əlavə araşdırmaya yönəltməsini məyusedici adlandırır. Bu tövsiyələr LGBT-nin ayrıseçkilikdən qorunması, qeyri-hökumət təşkilatlarının qeydiyyatı və maliyyələşdirilməsinə məhdudlaşdırıcı qaydalarda islahatlar, defamasiya qanunun dəyişdirilməsinə aiddir.

Human Rights Watch qeyd edir ki, hökumətin rədd etdiyi bəzi tövsiyələr siyasi motivli təqiblərlə əlaqədardır və bu, təəccüblü olmasa da, məyusluq yaradır.

İlqar Məmmədov azadlıqda, 13 avqust, 2018-ci il
İlqar Məmmədov azadlıqda, 13 avqust, 2018-ci il

Təşkilat Azərbaycanda hökumət tənqidçilərinin saxta ittihamlarla saxlandığını vurğulayır. Jurnalist Əfqan Muxtarlı, siyasətçi İlqar Məmmədova qarşı cinayət işləri sadalanır.

“Azərbaycan hökuməti qanuni fəaliyyətinə görə saxlanmış xeyli bloqqeri, siyasi fəalı, digər tənqidçilərini dərhal buraxmalıdır. Vəkillərə hökumətin müdaxiləsi olmadan işləməyə icazə verilməlidir. QHT-lər barədə qanunlar, onların maliyyə mənbələrinə çıxışı dəyişdirilməlidir, Avropa Şurası Venesiya Komissiyasının tövsiyələri nəzərə alınmalıdır”, – Human Rights Watch vurğulayır.

Amnesty International təşkilatı da Azərbaycana oxşar çağırış edib.

“Azərbaycanda hökumət tənqidçilərinin və digər narazıların siyasi motivli təqibi və həbsi Amnesty International təşkilatını uzun illərdir narahat edir. Hazırda Azərbaycan həbsxanalarına 100-dən artıq siyasi təqib qurbanı var. Bu səbəbdən Amnesty International Azərbaycanın bütün siyasi motivli təqibləri dayandırmaq, ifadə, sərbəst toplaşma və birləşmə azadlıqlarından istifadə etdiklərinə görə həbs olunanların hamısını buraxmağa dair tövsiyələri rədd etməsindən dərin təəssüf hissi keçirir”, – qurumun yaydığı bəyanatda deyilir.

Gürcüstanda jurnalist Əfqan Muxtarlının azadlığa buraxılması tələbilə etiraz aksiyası, arxiv fotosu
Gürcüstanda jurnalist Əfqan Muxtarlının azadlığa buraxılması tələbilə etiraz aksiyası, arxiv fotosu

HAKİMİYYƏT NƏ DEYİR

Azərbaycan hakimiyyəti ölkədə siyasi motivlərlə təqiblərin olmadığını, fərdlərin konkret cinayətlərə görə cəza çəkdiyini bildirir. Beynəlxalq qurumların tənqidləri isə ölkəyə qarşı xarici qüvvələrin “şantaj kampaniyası” kimi dəyərləndirilir.

Dünən – sentyabrın 20-də BMT-nin Cenevrədəki mənzil-qərargahında İnsan Hüquqları Şurasının iclasında qurumun Azərbaycan üzrə öhdəliklərinin yerinə yetirilməsi məsələsi müzakirə olunub. “Turan” agentliyinin məlumatına görə, müzakirələrdə Azərbaycan hökuməti adından xarici işlər nazirinin müavini Xələf Xələfovun çıxışı dinlənilib.

X.Xələfov Azərbaycanda insan hüquqlarının təminatı sahəsində həyata keçirilən tədbirlərdən danışıb. Əsasən Azərbaycanda beynəlxalq təşkilatların tövsiyələrinin icrası üzrə Məşvərət Şurasının yaradılmasına hazırlıq haqda məlumat verib.

Müzakirələrdə iştirak edən Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun icraçı direktoru Emin Hüseynov Turan-a bildirib ki, çıxış edənlərin çoxu Azərbaycanın tövsiyələri yerinə yetirmədiyini vurğulayıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG