Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:14

İran İdlib planını alqışlayır


İdlibdə Suriya hökumətinə etiraz aksiyası, 17 sentyabr, 2018-ci il
İdlibdə Suriya hökumətinə etiraz aksiyası, 17 sentyabr, 2018-ci il

İran və Suriyanın müxalifət qrupları Rusiyayla Türkiyənin İdlib vilayətinə hücumu önləməklə bağlı planını alqışlayıb. Suriya hökuməti üsyançıların bu sonuncu istehkamına hücuma hazırlaşırdı.

Rusiya, Türkiyə və İran arasında “intensiv məsuliyyətli diplomatiya” İdlibdə “müharibəni önləyə” bildi, “ekstremist terrorçuluqla mübarizə öhdəliyini də qətiyyətlə ortaya qoydu”, – İranın xarici işlər naziri Mohammad Javad Zarif sentyabrın 18-də tvitində yazıb.

“Diplomatiyanın təsiri olur”, – o, sözlərinə əlavə edib.

Rusiya və Türkiyə prezidentləri sentyabrın 17-də razılığa gəliblər ki, İdlibdə hökumət və üsyançı qüvvələri bir-birindən ayırmaq üçün hərbsizləşdirilmiş bufer zonası yaradılsın.

“ASSAD-IN ARZUSU GÖZÜNDƏ QALDI”

Suriya müxalifəti də razılaşmanı alqışlayıb. Suriya Danışıqlar Komissiyasının sözçüsü Yahya al-Aridi “Reuters” informasiya agentliyinə deyib ki, bu razılaşma suriyalıların həyatını qorudu, indi “sülh cığırı”nın açılmasının vacibliyinə işarədir.

Vladimir Putin (solda) və Recep Tayyip Erdogan
Vladimir Putin (solda) və Recep Tayyip Erdogan

Azad Suriya Ordusundan Mustafa Sejari deyib ki, bu razılaşma “dinc sakinləri rejim tərəfindən hədəfə alınmaqdan qoruyur. Bu, Suriya prezidenti al-Assadın Suriyanı tam nəzarətə almaq arzusunu gözündə qoyur”.

Moskvayla Tehran 2011-ci ildən bəri Suriyada gedən vətəndaş müharibəsində Assadı dəstəkləyiblər.

Onlar İdlib vilayətində “terrorçular”ın kökünü kəsməkdən ötrü hücuma hazırlaşırdılar.

Üsyançı qrupları dəstəkləyən Türkiyə “qan çanağı”nı önləmək üçün atəşkəsə çağırırdı. Ankara deyirdi ki, bu əməliyyat Türkiyənin cənub sərhədində qaçqın böhranı yaradar.

Türkiyədə 3 milyondan çox suriyalı qaçqın yaşayır.

Sentyabrın 17-də Rusiyanın Soçi şəhərində görüşən Rusiya prezidenti Vladimir Putin və türkiyəli həmkarı Recep Tayyip Erdogan İdlibdə bufer zona yaratmağa razılaşdıqlarını bildiriblər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG