Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:11

Putin və Erdoğan 4 saatlıq müzakirədən sonra İdlib barədə razılığa gəldilər


Putin və Erdoğan 4 saatlıq müzakirədən sonra İdlib barədə razılığa gəldilər və Türkiyə prezidentləri Suriyanın İdlib qəzasında hökumət və antihökumət qüvvələrini bir-birindən ayıracaq hərbsizləşidirilmiş bufer zonası yaratmaq barədə razılığa gəliblər.

Prezident Vladimir Putin Soçidə türkiyəli həmkarı Recep Tayyip Erdoğanla sentyabrın 17-də keçirdiyi danışıqlardan sonra deyib ki, eni 15 kilometrdən 25 kilometrədək olacaq zolaq oktyabrın 15-dən qüvvəyə minəcək.

Lakin o əlavə edib ki, bu razılaşma əl-Qaedaya bağlı olduğu deyilən ən-Nüsra cəbhəsi də daxil bütün “radikal döyüşçülərin” İdlibdən çıxarılmasını nəzərdə tutur.

İki lider dörd saatdan çox çəkən danışıqlardan sonra razılığa gəliblər ki, tanklar, çoxmərhələli raket sistemləri və raket buraxan qurğular da daxil bütün silahlı birləşmələrə aid ağır hərbi texnika sözü gedən demilitarizasiya zonasından çıxarılmalıdır.

Birgə mətbuat konfransında çıxış edən Erdoğan deyib ki, əldə olunmuş razılaşmaya əsasən bufer zonasının sərhədlərinə Türkiyə və Rusiya hərbçiləri tərəfindən nəzarət ediləcək.

***

Suriya münaqişəsində fərqli tərəfləri dəstəklərəyn Rusiya və Türkiyə prezidentləri Soçidə görüşür. Sentyabrın 17-də baş tutacaq görüşdə prezidentlərin Suriya hökümətinin ölkənin üsyançıların mövqelərinə hücumunu müzakirə etmələri gözlənir.

Prezidentlərin bu görüşü Vladimir Putin, Rəcəb Tayyib Ərdoğan və onların İranlı həmkarı Həsən Rohani arasında zirvə toplantısından 10 gün sonraya təsdadüf edir.

Erdoğan Tehranda İran və Rusiya liderləri ilə Suriyanı müzakirə edib, amma üsyançıların əlində olan İdlib vilayəti üzrə atəşkəsə nail olunmayıb.

Rusiyanın xarici işlər naziri Sergei Lavrov sentyabrın 14-də Berlində bildirib ki, Moskva əgər ehtiyac yaranarsa üsyançıların İdlibdəki istehkamını bombalamaqda davam edəcək. Lakin, vətəndaşların ordan qaça bilməsi üçün dədəhlizləri də açacaq.

Türkiyə isə narahatdır ki, İdlibdəki olaylar bir milyona yaxın qaçqın axınına səbəb ola bilər. Bu ölkə Suriyada münaqişədən qaçan 3 milyondan çox qaçqına sığınacaq verib.

7 ildən çoxdur müharibə davam edən Suriyada 400 mindən çox adam ölüb, milyonlarla insan qaçqın düşüb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG