Keçid linkləri

Təcili xəbərlər
2020, 31 Oktyabr, şənbə, Bakı vaxtı 18:08

Ermənistanda seçki kampaniyası başlanıb


Nikol Pashinian kampaniya aparır

Sentyabrın 10-da Yerevanda bələdiyyə seçkisi kampaniyası başlanıb. Kampaniyaya 12 siyasi partiya və alyans qoşulub.

Sentyabrın 23-də bu ölkədə hakimiyyət dəyişikliyindən sonra ilk böyük seçki keçiriləcək.

Nikol Pashinian antihökumət etirazları nəticəsində mayda baş nazir postuna seçildi.

Seçicilər Ağsaqqallar Şurasının 65 üzvünü proporsional sistem üzrə seçəcəklər. Şura daha sonra Yerevanın yeni merini seçəcək.

Ötən həftə parlament konkret bir namizədə, partiya, yaxud proqrama səs vermək üçün adamlara nağd pul, yaxud digər şirnikləndirici vədlər təklif edənlər üçün cəzanı sərtləşdirib.

Ermənistan müxalifəti illər boyu hakim partiyanın seçkini saxtalaşdırmasından gileylənib.

Keçmiş hakim Ermənistan Respublikaçı Partiyası seçkiyə getmir.

XS
SM
MD
LG