Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:18

Dünyada gey hüquqları: ölüm cəzası, nikah...


Hindistanda LGBT üzvləri məhkəmə qərarını qeyd edir
Hindistanda LGBT üzvləri məhkəmə qərarını qeyd edir

Dünyanın bir çox ölkələrində, özəlliklə də Yaxın Şərqdə və Asiyada homoseksuallığa görə ölüm cəzası nəzərdə tutulur. Bəzi ölkələrdə isə geylər arasında nikaha, övladlığa uşaq götürmələrinə də icazə verilir.

Sentyabrın 6-da Hindistanın Ali Məhkəməsi eynicinsli seksi dekriminallaşdırdı. “Frans Pres” agentliyi dünyadakı duruma nəzər salır:

Afrikada homoseksuallıq əsasən cinayət sayılır. Afrikanın 30-dək ölkəsində bu qadağandır, Mavritaniya, Somali və Sudanda isə eynicinsli münasibətlərə görə ölüm hökmü nəzərdə tutulur.

Afrikanın azsaylı ölkəsində – Çad, Konqo Demokratik Respublikası, Qabon, Fil Dişi sahili, Mali və Mozambikdə geylər arasında intim əlaqə cinayət sayılmır.

Cənubi Afrika qitənin gey nikahlarına icazə verən yeganə ölkəsidir, 2006-cı ildə eynicinslilərin nikahı qanuniləşib.

Bu ölkədə homoseksualların övladlığa uşaq götürməsinə, tibbi yolla valideyn olmasına, həmçinin surroqatlığa icazə verilir.

YAXIN ŞƏRQ, ASİYA

Yaxın Şərqdə isə bir sıra ölkələrdə homoseksuallıq ölümlə cəzalandırılır, bu sıraya Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri daxildir.

İsraildə etiraz aksiyası
İsraildə etiraz aksiyası

İsrail gey hüquqlarının təminatı sahəsində öndə gedir, başqa yerlərdə bağlanmış eynicinsli nikahları tanıyır, amma ölkənin özündə onların bağlanmasına icazə vermir. Gey cütlüklər övladlığa uşaq da götürə bilərlər.

İyulda Yerusəlimdə və Təl Əvivdə böyük nümayişlərə çıxanlar eynicinsli cütlüklərə surroqatlıq hüququnun verilməməsinə etiraz ediblər.

Ərəb ölkələri içində Livan daha tolerant sayılır.

Asiya homoseksuallığa əsasən dözümlüdür. 2017-ci ilin mayında Tayvan eynicinsli nikahlara icazə verən ilk ölkəyə çevrildi.

Filippin ali məhkəməsi iyunda bu cür nikahların leqallarışdırılması üzrə məhkəmə dinləməsinə başlayıb.

2001-ci ilədək Çində homoseksuallıq zehni xəstəlik, 1997-ci ilədək cinayət sayılıb. Bu ölkədə hələ gey məsələsinə mühafizəkar yanaşma və ayrıseçkilik geniş yayılıb.

Ukraynada LGBT hüquqları uğrunda aksiya
Ukraynada LGBT hüquqları uğrunda aksiya

Banqladeş, Malayziya və Pakistan kimi müsəlman ölkələrində homoseksuallıq qadağandır.

AVROPA, AMERİKA

Avropa isə gey nikahları üzrə pionerdir. 2001-ci ildə Niderland gey və lesbian cütlüklərin mərasimlə evlənməsinə icazə verən ilk ölkə oldu.

Britaniya daxil olmaqla 15 ölkə onun yoluyla getdi. Şimali İrlandiya, Fransa və Almaniya isə buna icazə verməyib. Avstriyanın “marafon”a gələn il qoşulacağı gözlənir.

Homoseksuallıq 1993-cü ilədək Rusiyada cinayət, 1999-cu ilədək zehni xəstəlik sayılıb. 2013-cü ildə qəbul olunmuş qanun homoseksuallığın azyaşlılar arasında təbliğinə görə cəza nəzərdə tutur.

Qərbi Avropanın bəzi ölkələrində eynicinsli cütlüklərin övladlığa uşaq götürməsinə icazə verilir.

Amerikaya gəlincə, Kanada 2005-ci ildə eynicinsli nikahları qanuniləşdirib, ABŞ 10 il sonra bu addımı atıb.

Meksikada gey nikahlarına, eləcə də belə cütlüklərin övladlığa uşaq götürməsinə 2009-cu ildə icazə verilib.

Argentina, Braziliya, Kolumbiya və Uruqvayda da homseksuallar nikaha girə bilirlər.

Kuba gələn ilin fevralında məsələni referenduma çıxaracaq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG