Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 00:24

Luka Modriç ilin futbolçusu oldu


Luka Modric

Xorvatiya millisinin üzvü Luka Modriç ilin futbolçusu seçilib. Bu barədə bəyanatı Avropa futboluna rəhbərlik edən UEFA avqustun 30-da yayıb.

32 yaşlı Modriç «Real Madrid» klubuna üç mövsüm ərzində Çempionlar Liqasının qalibi olmaqda kömək edib və bundan sonra Dünya Kuboku yarışında Xorvatiya millisinin kapitanı olub.

Bu səsvermə zamanı Modriçin ötən mövsümdə «Real Madrid» klubundakı oyundaşı Kriştiano Ronaldo (hazırda «Yuventus» klubundadır) ikinci, Misir komandasının hücumçusu Məhəmməd Salah üçüncü olub.

Səsvermənin nəticələrinə görə, dördüncü yeri Dünya Kubokunun sahibi Fransa yığmasından Antuan Qrizmann, 5-ci yeri «Barselona» klubundan Lionel Messi tutub.

L.Modriç bu titul 2011-ci ildə təsis ediləndən bəri Ronaldo və Messidən başqa onu qazanmış üçüncü futbolçudur.

XS
SM
MD
LG