Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Noyabr, Cümə axşamı, Bakı vaxtı 17:51

İsrail Qəzzə bölməsi ilə sərhəddəki nəxarət-buraxılış məntəqəsini bağlayıb


Fələstinlilər Qəzzə-İsrail sərhədində etiraz edir

İsrail Qəzzə bölməsi ilə sərhəddəki “Erez” nəxarət-buraxılış məntəqəsini bağlayıb.

İsrail ordusu bunun sərhəd bölgəsində gedən etirazlarla bağlı olduğunu bildirir.

Hazırda sərhədi, yalnız tibbi yardıma ehtiyacı olanlar və Qəzzə bölməsinə dönmək istəyən fələstinlilər keçə bilir.

İsrail-Qəzzə sərhəddində yalnız yük daşınması üçün nəzərdə tutulan iki buraxılış məntəqəsi açıqdır.

Fələstinlilər 2018-ci il martın 30-da Qəzzə bölməsi ilə İsrail sərhədində “Böyük dönüş” şüarı ilə çoxgünlük etiraz aksiyaları keçirdilər.

Təşkilatçıların sözlərinə görə, aksiyada məqsəd diqqədi, İsrailə-dədə-baba evlərinə dönə bilməyən fələstinlilərin taleyinə yönəltməkdir.

ABŞ öz səfirliyini mayın 14-də Tel-Əvivdən Qüdsə keçrdikdən sonra isə yenidən etirazlar başladı.

Avqustun 9-da İsral əraziləri Qəzzə bölməsindən raket atəşinə tutulduqdan sonra isə zorakılıq daha da yayıldı.

İsrail ordusu buna cavab olaraq Fələstin ərazilərindəki 150 obyektə zərbələr endirib.

Etirazlar başlayandan bu yanaümumilikdə azı 200 fələstinli həlak olub,2 mini isə xəsarət alıb.

İsrail hakimiyyəti son hadisələrə görə radikal HƏMAS qrupunu günahlandırır.

XS
SM
MD
LG