Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 05:32

Amerikalı keşiş həbsdə qaldı


Steven Mnuchin

Türkiyədə ali məhkəmə amerikalı keşişin azadlığa buraxılması barədə müraciəti rədd edib.

Anadolu dövlət xəbər agentliyinin məlumatına görə, İzmir ali məhkəməsi aşağı instansiya məhkəməsinin keşiş Andrew Brunson-un ev dustaqlığında qalması barədə həftənin əvvəlində çıxardığı qərarı qüvvədə saxlayıb. Onun səyahət qadağasının götürülməsinə dair müraciət də rədd olunub.

***

Amerikalı keşiş Andrew Brunson buraxılmasa, Birləşmiş Ştatlar Türkiyəyə əlavə sanksiyalar qoymağa hazırdır. Bu bəyanatla ABŞ-ın maliyyə naziri Steven Mnuchin çıxış edib. Xəbəri Bloomberg agentliyi yayıb.

Brunson 20 il Türkiyədə işləyib. Ankara onu 2016-cı ildəki uğursuz çevriliş cəhdində əli olmaqda ittiham edir. Prokurorluq keşişə 35 illik həbs cəzası tələb edib.

Avqustun əvvəlində ABŞ Türkiyənin daxili işlər və ədliyyə nazirlərinə qarşı sanksiya tətbiq edib. Nazirlərin Birləşmiş Ştatlara səyahət etməsi qadağan olunub. Ankara buna qarşılıqlı tədbirlərlə cavab verib.

Avqustun 15-də məhkəmə Brunson-un ev dustaqlığından buraxılması müraciətini rədd edib.

Vaşinqton avqustun 10-da Türkiyədən polad və alüminium idxalına tarifləri artırıb. Bu, türk valyutasının sürətlə ucuzlaşmasına səbəb olub.

Türkiyə prezidenti Recep Tayyip Erdogan cavabında deyib ki, “yeni dostlar” axtarmağa hazırdır. O, ABŞ-dan elektronika idxalını yasaqlamaqla hədələyib.

XS
SM
MD
LG