Keçid linkləri

Təcili xəbərlər
2021, 14 İyun, Bazar ertəsi, Bakı vaxtı 10:01

Şimal küləyinin mülayimləşəcəyi gözlənir


Günəş

Avqustun 17-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənir. Şimal-şərq küləyinin əsəcəyi, axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacağı ehtimal edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 21-24, gündüz 28-33, Bakıda gecə 22-24, gündüz 30-32 dərəcə isti təxmin edilir.

Avqustun 17-də Azərbaycanın rayonlarında da havanın, əsasən, yağmursuz keçəcəyi ehtimal edilir. Gecə 20-25, gündüz 30-35, dağlarda gecə 10-15, gündüz 18-23 dərəcə isti proqnozlaşdırılır.

XS
SM
MD
LG