Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:27

Sentsovun anasının əfv xahişi rədd edildi


Oleh Sentsov-un portreti üzərinə Rusiyadakı ukraynalı siyasi məhbusların adları həkk olunub. Müəllifi Andriy Yermolenko-dur
Oleh Sentsov-un portreti üzərinə Rusiyadakı ukraynalı siyasi məhbusların adları həkk olunub. Müəllifi Andriy Yermolenko-dur

Kreml ukraynalı kinorejissor Oleh Sentsovun anasının oğlunu əfv etmək xahişini rədd edib.

Ukraynanın Hromadske TV-si Kremlin Lyudmyla Sentsova-ya yazılı cavabını göstərib. Cavabda deyilir ki, onun iyulun 13-də əfv üçün etdiyi xahiş qəbul olunmayıb, çünki Rusiya qanunvericiliyi “məhkumun əfv üçün şəxsən müraciət etməsini” tələb edir.

Sentsov isə daha öncə deyib ki, əfv istəməyəcək, çünki cinayət törətməyib, siyasi motivlərlə həbs olunub.

***Buna da bax: Sentsovun məsələsinə Macron qarışır

Ukrayna parlamentinin spiker müavini Iryna Herashchenko Kremlin Sentsova-ya cavabını tənqid edib. Onun sözlərinə görə, Rusiyada saxlanmış digər tanınmış ukraynalılar Nadia Savchenko, Akhtem Chiygoz və Ilmi Umerov özləri əfv istəmədən buraxılıblar.

“KREML YALAN DEYİR”

“Kreml yalan danışır!... Rusiya prezidenti Vladimir Putin bilir ki, Sentsov heç vaxt əfv istəməyəcək. Rusiya Federasiyası Olehin ölüm ssenarisini icra edir”, – Herashchenko deyib.

Iryna Herashchenko
Iryna Herashchenko

Sentsov 3 aya yaxındır Rusiya həbsxanasında aclıq edir. 42 yaşlı kinorejissorun səhhətinin ağırlaşdığı xəbər verilir.

Rusiya prezidenti yanındakı İnsan Haqları Şurasının üzvü Zoya Svetova AzadlıqRadiosu-na deyib ki, kinorejissorun sağlıq durumu “pis”dir.

Svetova avqustun 14-də Rusiyanın şimalındakı Yamalo-Nenets həbsxanasında Sentsovla iki saatlıq görüş keçirib.

Onun sözlərinə görə, kinorejissoru müalicə edən həkim xəbərdarlıq edib ki, aclıq aksiyasını dayandırmasa, Sentsovun daxili orqanları istənilən məqamda fəaliyyətini dayandıra bilər. Sentsov isə aksiyanı dayandırmayacağını vurğulayıb.

Mayın ortasından aclıq edən Sentsovun tələbi siyasi məhbus saydığı 64 ukraynalının azadlığa buraxılmasıdır, etirazını sonadək davam etdirəcəyini bildirir.

Avqustun 10-da Avropa İttifaqı Rusiya hakimiyyətini Sentsovu tibb müəssisəsinə köçürməyə, ona tibbi yardım göstərməyə çağırıb. Bir sıra hökumətlər və tanınmış fiqurlar Putini Sentsovu əfv etməyə çağırıblar.

O, 2014-cü ildə Rusiyanın Krımı ilhaq etməsinə qarşı çıxıb. Bir il sonra terrorçuluq ittihamıyla 20 il həbsə məhkum edilib. İnsan haqları qrupları ittihamları siyasi motivli sayır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG