Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:15

Sentsovun məsələsinə Macron qarışır


Oleh Sentsov, 9 avqust, 2018-ci il
Oleh Sentsov, 9 avqust, 2018-ci il

Macron-un artıq Putin-lə Sentsovun məsələsini müzakirə etdiyi xəbər verilir.

“Respublika prezidenti prezident Putinə narahatlığını çatdırdı, cənab Sentsovun səhhəti dramatik şəkildə pisləşib, Rusiyanın bu vəziyyətin humanitar həllini tapması vacibdir”, – Macron-un idarəsinin avqustun 10-da yaydığı bəyanatda deyilir.

***

Fransa prezidenti Emmanuel Macron-un idarəsi bildirir ki, o, rusiyalı həmkarı Vladimir Putin-lə aclıq edən ukraynalı kinorejissor Oleh Sentsov-un məsələsini müzakirə edəcək. Sentsov 3 aya yaxındır Rusiya həbsxanasında aclıq edir.

Avqustun 10-da Avropa İttifaqı Rusiya hakimiyyətini Sentsovu tibb müəssisəsinə köçürməyə, ona tibbi yardım göstərməyə çağırıb.

42 yaşlı kinorejissorun səhhətinin ağırlaşdığı xəbər verilir.

O, 2014-cü ildə Rusiyanın Krımı ilhaq etməsinə qarşı çıxıb. Bir il sonra terrorçuluq ittihamıyla 20 il həbsə məhkum edilib. İnsan haqları qrupları ittihamları siyasi motivli sayır.

AVROPA İTTİFAQI DA BƏYANAT VERİB

Mayın ortasından aclıq edən Sentsovun tələbi siyasi məhbus saydığı 64 ukraynalının azadlığa buraxılmasıdır, etirazını sonadək davam etdirəcəyini bildirir.

Vladimir Putin (sağda) və Emmanuel Macron
Vladimir Putin (sağda) və Emmanuel Macron

Macron Sentsovun məsələsini Putinlə bir neçə dəfə müzakirə edib, mayda Sankt Peterburqa səfəri zamanı da ondan danışıb.

Aİ-nin xarici siyasət rəhbəri Federica Mogherini-nin sözçüsü Maja Kocijancic bəyanatında deyib ki, blok Rusiyanın “onu tibb ocağında uyğun müalicəylə təmin edəcəyini” gözləyir.

Sentsov hazırda su, qlükoza və vitamin damcısı qəbul edir. Vəkili Dmitry Dinze həftənin əvvəlində deyirdi ki, o, 30 kiloqram çəki itirib, nəbzi, qanında hemoqlobinin səviyyəsi düşüb.

Yaxın qohumu avqustun 8-də kinorejissorun durumunun “faciəvi pis” olduğunu, ölümə yaxınlaşdığını söyləyib.

Ukraynanın ombudsmanı Lyudmyla Denisova avqustun 9-da Sentsovun həyatını xilas etməkdən ötrü “sürətli tədbirlər” görməyə çağırıb.

Bir sıra hökumətlər və tanınmış fiqurlar Putini Sentsovu əfv etməyə çağırıblar. Ancaq Kremlin sözçüsü Dmitry Peskov bundan ötrü məhbusun özünün müraciət etməli olduğunu bildirib.

Sentsov əfv istəməyəcəyini deyir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG