Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 08:49

Medvedev ‘iqtisadi müharibə’ xəbərdarlığı edir


Dmitry Medvedev
Dmitry Medvedev

Prezident Vladimir Putin və Rusiyanın Təhlükəsizlik Şurası ABŞ-ın Moskvaya mümkün yeni sanksiyalarını “tamamilə qanunsuz” adlandırıb. Xəbəri Rusiyanın xəbər agentlikləri Kremlin sözçüsü Dmitry Peskova istinadla yayıblar.

Peskovun deməsinə görə, Putin və Təhlükəsizlik Şurası üzvləri avqustun 10-da görüşərkən “Vaşinqton tərəfdən mümkün yeni qeyri-dost addımları” müzakirə ediblər.

Görüşdə “belə hərəkətlərin beynəlxalq hüquq nöqteyi-nəzərindən tamamilə qanunsuz olduğu” vurğulanıb, Peskov deyib.

***

Birləşmiş Ştatlar Rusiya banklarına, yaxud onların konkret valyutadan istifadəsinə qadağa qoyarsa, Moskva “iqtisadi müharibə elan etməyi” nəzərdən keçirəcək, “iqtisadi, siyasi, gərəkərsə, başqa vasitələrlə” cavab verəcək. Bunu Rusiyanın baş naziri Dmitry Medvedev deyir.

Medvedev bunu avqustun 10-da deyib. Bundan öncə Birləşmiş Ştatlar Rusiyaya yeni sanksiyalar tətbiq olunacağını açıqlayıb. Konqresmenlər isə əlavə tədbirlər təklif ediblər. Buraya bir neçə dövlət bankına, onların ABŞ dollarından istifadəsinə məhdudiyyət qoyulması daxildir.

Baş nazir detallı danışmasa da, “başqa vasitələr”, görünür, Rusiyanın hərbi qüvvəyə, yaxud kiberhücum kimi digər yollara əl atmasının mümkünlüyünə aiddir.

“Gələcək sanksiyalar barədə şərh vermək istəməzdim, amma bir şey deyə bilərəm: Əgər bankların əməliyyatına, yaxud hər hansı valyutaya qadağa qoyularsa, bunu birbaşa iqtisadi müharibə adlandırmaq olar”, – Medvedev Kamçatka vilayətinə səfəri zamanı deyib.

“O zaman bu müharibəyə iqtisadi, siyasi, yaxud digər yollarla reaksiya vermək lazım gələcək. Amerikalı dostlarımız bunu anlamalıdırlar”, – o deyib.

“CƏHƏNNƏMDƏN SANKSİYA LAYİHƏSİ”

Medvedev-in nəzərdə tutduğu potensial sanksiyalar avqustun 2-də hər iki partiyadan konqresmenlərin təqdim etdiyi layihədə nəzərdə tutulub.

Lindsey Graham
Lindsey Graham

Respublikaçı senator Lindsey Graham deyib ki, sanksiya tərəfdarları “Rusiya prezidenti Vladimir Putin ABŞ-a seçki prosesinə müdaxilə cəhdlərini, Birləşmiş Ştatlar infrastrukturuna kiberhücumları dayandırmayınca, Rusiyanı Ukraynadan çıxarmayınca və Suriyada qarışıqlıq yaratmaq səylərini dayandırmayınca onu əzəcək sanksiyalar və digər tədbirlər görülməsini istəyirlər”.

Graham-ın “cəhənnəmdən sanksiya layihəsi” adlandırdığı sənədin nə vaxt qəbul olunacağı bəlli deyil.

ABŞ Konqresi tam heyətdə sentyabrda Vaşinqtonda olacaq. “Reuters” xəbər agentliyinin konqres təmsilçilərinə istinadla yazmasına görə, sənədin tam qəbul olunacağını da gözləmirlər. Onların fikrincə, bu layihədən bəzi maddələrin başqa bir qanuna əlavə olunacağı daha mümkün görünür.

Avqustun 8-də Rusiyanın “Kommersant” qəzeti Amerikanın Təhlükəsizliyi Kremlin Təcavüzündən Müdafiə Aktını (DAKSAA) tam dərc edib.

Bundan sonra rus rublu sürətlə ucuzlaşmağa başlayıb. Avqustun 9-da isə məzənnə son iki ildə ən aşağı həddə düşüb.

ABŞ Dövlət Departamenti avqustun 22-də Rusiyaya yeni sanksiyalar tətbiq olunacağını açıqlayıb.

Moskva ABŞ-ın yeni sanksiyalarına cavab verəcəyini deyir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG