Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:40

Moskva ABŞ-ın yeni sanksiyalarına cavab verəcəyini deyir


Sergei Skripal (solda) və qızı Yulia
Sergei Skripal (solda) və qızı Yulia

Rusiya bəyan edib ki, Birləşmiş Ştatların Moskvanın İngiltərədə keçmiş rusiyalı casusu zəhərlədiyinə dair iddialara görə Rusiya üzərinə elan etdiyi “qətiyyətlə qeyri-məqbul” yeni sanksiyalara qarşı “əks-tədbirlər” hazırlayır.

Rusiya XİN-in sözçüsü Maria Zakharova avqustun 9-da Moskvada keçirilmiş brifinqdə deyib: “Rusiya dəfələrlə xəbərdarlıq edib ki, onunla güc mövqeyindən ultimatum dili ilə söhbət tamamilə faydasız və perspektivsizdir”.

Kremlin sözçüsü Dmitry Peskov isə deyib ki, “Moskva əvvəllər də qanunsuz hesab etdiyi yeni məhdudiyyətlərin Solsberidə baş vermiş hadisə ilə bağlanmasını tamamilə qeyri məqbul hesab edir”.

ABŞ Dövlət Departamentinin vəzifəli rəsmisi bildirib ki, yeni sanksiyalar, Rusiyaya ABŞ-ın həssas texnologiyalarının və sənaye avadanlığının, elektron və dəqiq hesabalama cihazlarının və qaz turbin mühərriklərinin eksportunu qadağan edir.

Rəsmi bildirib ki, sanksiyaların birinci tranşı avqustun 22-dən qüvvəyə minəcək.

Bundan əvvəl Birləşmiş Ştatlar Britaniya və başqa Avropa müttəfiqləri ilə həmrəylik işarəsi kimi Skripalların zəhərlənməsinə cavab olaraq onlarca Rusiya diplomatını ölkədən xaric etmişdi.

Rusiyanın Kimyəvi Silahların Qadağanı Təşkilatındakı (Organization for the Prohibition of Chemical Weapons - OPCW) nümayəndə heyəti avqustun 9-da Qərbi “həm prokuror, həm hakim, həm də cəllad” kimi hərəkətdə ittiham edib. Rusiya heyəti Twitterdə yazıb:

"Kollektiv Qərb “Noviçok” adlı dramda həm prokuror, həm hakim, həm də cəllad rolunu oynayır. Niyə başqa tərəf yox, məhz Rusiya niyə öz təqsirsizliyini sübut etməlidir?”.

Rusiyanın Vaşinqtondakı səfirliyi avqustun 8-də Rusiyanın Skriplalları Noviçok adlı kimyəvi agentlə zəhərləməsinə dair iddiaları “havadan götürmə” adlandırıb və bildirib ki, nə Vaşinqton, nə də Britaniya öz iddialarını sübutlarla əsaslandırmayıblar.

Rusiya XİN-in sözçüsü Maria Zakharova deyib: "Bütün bu ittiham piramadası hər hansı hüququ əsaslandırma olmadan ucaldılır, üstəlik onlar bizə beynəlxalq hüquq və öhdəliklərdən dəm vururlar”.

Vaşinqton bildirir ki, zəhərlənməyə dair sübutlar “məxfidir”. ABŞ rəsmiləri deyirlər ki, “Rusiyanın ittiham olunması üçün kifayət qədər kəşfiyyat dəlilləri var”.

ABŞ bildirir ki, Moskva tələblərə tabe olmasa, ona qarşı sanksiyaların ikinci dövrəsi elan olunacaq və iki ölkə arasındakı diplomatik münasibətlərin səviyyəsi endiriləcək.

***

Sanksiyaların həssas ABŞ texnologiyası və sənaye avadanlığına ixrac lisensiyasını hədəfə alacağı gözlənir. Rəsmilərin bildirməsinə görə, belə məhsulların Rusiyaya ixracından ötrü lisenziya xahişləri rədd olunacaq.

Bu, Rusiyaya ixracın yüz milyonlarla dollar həcmində azalması demək olar.

Anonimlik şərtilə danışan rəsminin sözlərinə görə, Rusiyaya spesifik tələbləri yerinə yetirməsi üçün 90 gün veriləcək. Bu tələblərdən biri BMT-ni, yaxud beynəlxalq müfəttişləri ölkədə kimyəvi və ya bioloji silahların olub-olmamasını yoxlamağa buraxmaqdır.

Moskva tələblərə əməl etməsə, sanksiyaların ikinci mərhələsində Rusiyayla diplomatik münasibətlər daha da kəsilə, hətta Aeroflot dövlət şirkətinin uçuşları məhdudlaşdırıla bilər.

Siyasi karikatura
Siyasi karikatura

Britaniya Xarici İşlər İdarəsi Birləşmiş Ştatların sanksiya tətbiq etməklə bağlı addımını alqışlayıb.

Rusiyanın Vaşinqtondakı səfirliyi isə yeni sanksiyaları pisləyib, onları “amansız”, keçmiş casus və qızını Moskvanın zəhərləməsiylə bağlı iddiaları “uydurma” adlandırıb.

Avqustun 8-də axşam yaydığı bəyanatda səfirlik bildirib ki, nə Vaşinqton, nə də London iddialarını əsaslandıracaq dəlillər təqdim edib. Amma ABŞ Dövlət Departamenti səfirliyə deyib ki, “Rusiyanın günahkar olması”nı əsaslandıracaq yetərincə “məxfi” dəlil var.

Birləşmiş Ştatlar indiyədək Rusiyaya qarşı bir neçə cəza tədbirləri görüb. Tədbirlərin çoxu Konqresdən qaynaqlanır, onları həm respublikaçılar və demokratlar dəstəkləyir.

ABŞ prezidenti Donald Trump isə Moskvaya qarşı daha barışdırıcı mövqe tutur və son tədbirlər həmin bəyanatlara zidd səslənir.

***

Birləşmiş Ştatlar Rusiyanın keçmiş casus və onun qızını Britaniyada “qətlə yetirmək” üçün kimyəvi zəhərdən istifadə etdiyi müəyyənləşdikdən sonra Moskvanın üzərinə yeni sanksiyalar qoymaq qərarına gəlib.

ABŞ Dövlət Departamenti avqustun 8-də bildirib ki, yeni sanksiyalar avqustun 22-də qüvvəyə minəcək.

Sergei və Yulia Skripal martın 4-də İngilltərənin Solsberi şəhərində skamyanın üstündə huşsuz olaraq aşkar edilmişdilər.

Ata və qızı çox ciddi zəhərlənmişdilər, lakin onlar xəstəxanada həftələrlə sürən intensiv müalicədən sonra sağ qaldılar.

Britaniya hakimiyyəti Skripalların Noviçok adlı hərbi təyinatlı kimyəvi maddə ilə zəhərləndirkləri nəticəsinə gəlib.

London bu hücuma görə Rusiya prezidenti Vladimir Putinin hökumətini ittiham edib. Moskva bu ittihamı rədd edir.

Rusiya hərbi kəşfiyyatının keçmiş polkovniki Sergei Skripal, 2006-cı ildə Rusiyada dövlətə xəyanətdə ittiham olunmuş və həbsxana cəzasına məhkum edilmişdi. O Britaniyanın xeyrinə casusluqda ittiham olunurdu.

Rusiya onu Qərblə casus dəyiş-düyüşü əsasında azad etmişdi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG