Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:00

Medvedevdən Gürcüstanla bağlı ‘dəhşətli’ münaqişə xəbərdarlığı


Rusiya əsgərləri Cənubi Osetiyada, 12 avqust, 2008-ci il
Rusiya əsgərləri Cənubi Osetiyada, 12 avqust, 2008-ci il

Rusiya-Gürcüstan müharibəsinin 10-cu ildönümündə Rusiyanın baş naziri Dmitry Medvedev NATO-ya sərt xəbərdarlıq edib. O deyib ki, Tbilisinin alyansa qoşulması yeni “dəhşətli” münaqişəyə aparar.

Medvedev avqustun 6-da Kommersant FM radiosuna müsahibəsində deyib ki, NATO-nun Gürcüstana üzvlük təklif etmək planları “tamamilə məsuliyyətsiz”dir və “sülhə təhdid”dir.

Dmitri Medvedev Gürcüstan barədə
Dmitri Medvedev Gürcüstan barədə

NATO-nun baş katibi Jens Stoltenberg ötən ay Brüsseldə Gürcüstanın alyansa üzvlüyünə dəstəyini bildirib, ancaq bunun nə vaxt baş verə biləcəyini açıqlamayıb.

2008-ci il avqustun 7-dən 8-nə keçən gecə Tbilisi Cənubi Osetiyanı rusiyapərəst separatçıların nəzarətindən almaq üçün hərbçilərini göndərib. Bu zaman Şimali Osetiyadan əlavə Rusiya qüvvələri əraziyə girərək separatçıları dəstəkləyib.

Bir neçə gün ərzində gürcü qüvvələr məğlub edilib. Fransanın ovaxtkı prezidenti Nicolas Sarkozy-nin vasitəçiliyi ilə sülh sazişi əldə olunub.

Müharibə avqustun 12-də bitib. O vaxtadək bir neçə yüz nəfər həlak olub, Gürcüstan Cənubi Osetiya və digər separatçı regionu Abxaziya üzərində nəzarəti itirib. Moskva bu regionları müstəqil dövlətlər kimi tanıyıb.

Müharibədən öncə də Rusiya rəsmiləri Gürcüstanın NATO üzvlüyü yönündə cəhdlərinə qarşı çıxırdı.

GÜRCÜSTANA TƏCAVÜZ 90-CI İLLƏRDƏ BAŞLANIB

Avqustun 7-də Avropa İttifaqı bəyanatında Gürcüstanla Rusiya arasındakı sülhün 10 illiyi münasibətliə bəyanat verib, Rusiyanı müharibəni, Cənubi Osetiya və Abxaziyada hərbi iştirakını bitirməyə çağırıb.

Giorgi Margvelashvili
Giorgi Margvelashvili

Avropa İttifaqı beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində Gürcüstanın suverenliyinə və ərazi bütövlüyünə möhkəm dəstəyini bildirir”, – bəyanatda deyilir.

Gürcüstan prezidenti Giorgi Margvelashvili avqustun 7-də 2008-ci il münaqişəsinə görə Rusiyanı suçlayıb.

Margvelashvili deyib ki, Gürcüstana təcavüz 2008-ci ilin avqustunda deyil, 1991-1992-ci illərdə başlanıb, “Rusiya hibrid müharibə vasitəsilə iki regionu Gürcüstanın mərkəzi hakimiyyətindən alıb”. Margvelashvili Tbilisidə Polşa, Litva və Latviyanın xarici işlər nazirləri ilə görüşdə danışıb.

***Buna da bax: Rusiya Gürcüstana niyə hücum etdi – Saakashvili danışır

Gürcüstanın keçmiş prezidenti Mikheil Saakashvili isə avqustun 6-da AzadlıqRadiosu-na müsahibəsində deyib ki, Rusiyanın on il öncə Tbilisi ilə beşgünlük müharibədə motivi “Gürcüstan dövlətçiliyi”nə hücum idi. Onun fikrincə, Moskva bu Cənubi Qafqaz respublikasının apardığı islahatlar sayəsində regiondakı digər ölkələr üçün örnəyə çevirməsindən narahat idi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG