Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 18:00

İrandan ərzaq gətirməyin çətinləşdiyi deyilir


Foto arxiv

Bu gün, avqustun 4-dən etibarən İran tərəfinin Azərbaycan vətəndaşlarına bu ölkədən zəruri ərzaq məhsulları gətirmələrinə maneyələr yaratdıqları bildirilir.

İrandan qayıdan, ancaq adının çəkilməsini istəməyən bir Azərbaycan vətəndaşının sözlərinə görə, bu ölkənin Astara gömrük məntəqəsində bununla bağlı nəzarət gücləndirilib:

“Əllərimizdə olan malları yerə tökdülər”

“İran Astarasının gömrüyündə əllərimizdə olan malları yerə tökdülər. Kimdə şəkər tozu, qənd, un və digər ərzaq malları var idisə əlindən aldılar. İranın gömrüyündə qadağan edilmiş məhsulların adları asılıb.Qadağan edilmiş məhsulların sayı çoxdur. Bundan sonra İrana gedənlərin sayı azalacaq...”, deyə həmin şəxs vurğulayıb.

Eyni iddiları İrandan qayıdan daha bir neçə Azərbaycan vətəndaşı da dilə gətirib.
Ancaq bütün bu deyilənləri, hələlik, Azərbaycan və İranın rəsmi qurumlarından dəqiqləşdirmək mümkün olmayıb.

Son vaxtlar ABŞ-ın sanksyaları üzündən İranda dolların və başqa bir sıra xarici valyutaların bahalaşdığı bildirilirdi. Elə bu sabəbdən Azərbaycandan İrana bazarlıqdan ötrü gedənlərin sayının artdığı söylənirdi.

Multimedia

XS
SM
MD
LG