Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:46

Nüvə sazişini Avropa ‘qorumalıdır’


Hassan Rouhani Britaniyanın yeni səfiri Rob Macaire-nin etibarnaməsini qəbul edir
Hassan Rouhani Britaniyanın yeni səfiri Rob Macaire-nin etibarnaməsini qəbul edir

Birləşmiş Ştatların nüvə sazişindən çıxması “qanunsuzdur” və sənədi qorumaq Avropanın üzərinə düşür. Bunu İran prezidenti Hassan Rouhani bu gün – iyulun 31-də deyib.

Birləşmiş Ştatlar mayda Tehranın 2015-ci ildə dünya gücləri ilə imzaladığı nüvə sazişindən çıxdığını elan edib. Həmin saziş İranın nüvə fəaliyyətini məhdudlaşdırması əvəzində ona sanksiyaların yüngülləşdirilməsini nəzərdə tuturdu.

ABŞ prezidenti Donald Trump dünən deyib ki, İran lideri ilə görüşə hazırdır, ancaq əlaqələrin yaxşılaşdırılması üçün ilkin şərt qoyulmasın.

İran və sazişi imzalamış Avropa ölkələri nüvə sənədini xilas etməyin yolunu axtarırlar.

“Birləşmiş Ştatların nüvə sazişindən qanunsuz şəkildə çıxmasından sonra top Avropanın meydançasındadır”, – Rouhani Britaniyanın Tehrandakı səfiri Rob Macaire ilə görüşündə deyib.

“İslam Respublikası regionda gərginlik, qlobal sularda hər hansı problem istəmir, ancaq neft ixracı hüquqlarından asanlıqla əl çəkməyəcək”, – Rouhani deyib.

Donald Trump
Donald Trump

Daha öncə Rouhani və bəzi hərbi komandirləri belə bir hədə səsləndirib ki, Vaşinqton Tehranın neft ixracını əngəlləyərsə, Tehran da Hörmüz boğazından Körfəz ölkələrinin neft göndərişlərini pozar.

Buna da bax: Trump İran prezidenti ilə görüşə biləcəyini deyib, amma…

TRUMP SAZİŞƏ YENİDƏN QOŞULSUN

Bu arada İran rəsmiləri Trump-ın iranlı həmkarıyla görüşmək istəyinə skeptik yanaşıblar. Onlar deyirlər ki, Trump danışıq istəyirsə, birtərəfli çıxdığı nüvə sazişinə qayıtmalıdır.

Yarırəsmi ISNA xəbər agentliyi siyasi müşavir Hamid Aboutalebi-yə istinadla yazıb ki, danışıqların baş tutmasından ötrü Birləşmiş Ştatlar sazişə yenidən qoşulmalıdır.

“Sivil cəmiyyətlərdə mübahisələrin həlli metodu kimi dialoqa inananlar vasitələrə də sadiq olmalıdırlar”, – o deyib.

İran valyutası ötən gün rekord səviyyədə ucuzlaşıb, qara bazarda bir dollar 122 min riala bərabər olub. Bu gün məzənnə nisbətən bahalaşıb, 115 min riala qalxıb.

Parlamentin milli təhlükəsizlik və xarici siyasət komitəsinin rəhbəri Heshmatollah Falahatpisheh-nin fikrincə, Birləşmiş Ştatların nüvə sazişinə qayıtması iqtisadi qeyri-müəyyənliyi aradan qaldırar.

İslahatçı millət vəkili Mostafa Kavakebian Trump-la danışıqlar aparılmasına şübhəylə yanaşıb, onu “etibarsız” adlandırıb, deyib ki, indi danışmaq zamanı deyil.

“Bu danışıq istənilən formada aparılarsa, təslim hesab olunacaq, İran xalqı təslim olmayacaq”, – o vurğulayıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG