Keçid linkləri

2024, 03 Noyabr, bazar, Bakı vaxtı 17:02

Trump İran prezidenti ilə görüşə biləcəyini deyib, amma…


Trump və Rouhani
Trump və Rouhani

ABŞ prezidenti Donald Trump deyib ki, İran prezidenti Hassan Rouhani ilə iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması üçün hər hansı ön şərtlər qoyulmadan görüşmək istərdi.

"Mən istənilən adamla görüşə bilərdim. Mən görüşlərə inanıram”.

Trump bu bəyanatı iyulun 30-da “İran prezidenti ilə görüşmək istərdimi” sualına cavab olaraq verib.

ABŞ prezidentinin bu bəyanatı Vaşinqton və Tehran arasında gərginliyin artmasından və iki tərəfin qarşılıqlı hədələr səsləndirməsindən az sonra səslənib.

Trump iyulun 22-də Twitter-də baş hərflərlə yazdığı postda İrana “Birləşmiş Ştatları yenidən hədələməmək xəbərdarlığı vermiş, əks halda İranı əvvəllər bütün tarixi boyu görmədiyi nəticələrdən əzab çəkəcəyi” ilə hədələmişdi.

Trump-ın bu tvitindən əvvəl Rouhani bildirmişdi: “Amerika bilməlidir ki, İranla sülh bütün sülhlərin anası, İranla müharibə bütün müharibələrin anasıdır”.

İran prezidenti Hassan Rohani demişdi ki, ABŞ prezidenti Donald Trump-ın “boş hədələr”inə cavab verməyə ehtiyac duymur.

Rəsmi IRNA xəbər agentliyinin iyulun 25-də bildirməsinə görə, Rouhani hökumətin iclasında “bəzi ABŞ liderlərinin əsassız şərhləri”nə toxunaraq bu şərhlərə cavab verməyə ehtiyac olmadığını vurğulamışdı.

Rouhani demişdi: “Biz hərəkətlə cavab verəcəyik”.

XS
SM
MD
LG