Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:12

Rohani: ABŞ-ın ‘boş hədələrinə’ cavab verməyə lüzum yoxdur


Hassan Rohani
Hassan Rohani

İran prezidenti Hassan Rohani deyir ki, ABŞ prezidenti Donald Trump-ın “boş hədələr”inə cavab verməyə ehtiyac duymur.

Rəsmi IRNA xəbər agentliyinin iyulun 25-də bildirməsinə görə, Rohani hökumətin iclasında “bəzi ABŞ liderlərinin əsassız şərhləri”nə toxunaraq bu şərhlərə cavab verməyə ehtiyac olmadığını vurğulayıb.

“Biz hərəkətlə cavab verəcəyik”, – Rohani vurğulayıb.

Donald Trump
Donald Trump

İyulun 22-də Trump böyük hərflərlə yazdığı tvitində İrana xəbərdarlıq edib ki, “Birləşmiş Ştatları hədələməsin, yoxsa tarixdə heç kəsin başına gəlməyənlərlə üzləşər”.

Bundan sonra İran Xarici İşlər nazirliyinin sözçüsü Bahram Qassemi deyib ki, Birləşmiş Ştatlar İrandan neft ixracını önləyərsə, “İranın bərabər əks addımları” ilə üzləşər.

ABŞ-ın müdafiə naziri Jim Mattis İranın Yaxın Şərqdəki fəaliyyətindən, Tehranın Suriya prezidenti Bashar al-Assad, Yəməndə husi yaraqlılarını dəstəkləməsindəm narahatlığını bildirib.

“Məncə, prezidenti onların yanlış yolda olduqlarını aydın bildirib. İranın ağıllanması, məsuliyyətli ölkə kimi məsuliyyət sərgiləməsinin vaxtı çatıb”, – Mattis deyib.

Twitter postundan cəmi iki gün sonra Trump deyib ki, Birləşmiş Ştatlar İranın nüvə proqramının məhdudlaşdırılması üçün “əsl saziş əldə etməyə hazırdır”.

Trump mayda nüvə sazişindən çıxdığını, Tehrana sanksiyaların bərpa olunacağnı bildirib. O, sazişi “fəlakət” adlandırıb.

İran nüvə proqramının dinc məqsədi olduğunu deyir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG