Keçid linkləri

Təcili xəbərlər
2021, 23 Aprel, Cümə, Bakı vaxtı 10:28

Qalaltı da yanır


Foto arxiv

Siyəzən rayonunun Qalaaltı və Şabran rayonunun Çıraqqala kəndlərinin yaxınlığında meşəətrafı ərazidə yanğın başlayıb.

Bu barədə məlumat yayan Fövqəladə Hallar Nazirliyi bildirir ki, ərazidə əsən külək yanğının çətin keçilən dağlıq əraziyə keçməsinə səbəb olub.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələrinin, Aviasiya dəstəsinin 1 ədəd “Mi-17” helikopterinin hadisə rayonunda olduğu, yanğının söndürülməsi istiqamətində tədbirlərin davam etdirildiyi deyilir.

İyulun 28-də Siyəzən rayonunun Ərziküş və Köhnə Quşçu kəndləri, Şabran rayonunun Zöhrabkənd kəndi yaxınlığında meşəlik ərazilərdə yanğın başlamışdı.

FHN bir qədər öncə “tüstülənmə davam etsə də, açıq alov müşahidə olunmur” deyə məlumat yaymışdı.

İyulun 27-də Lənkəran rayonunda yerləşən Hirkan Milli Parkında, iyulun əvvəlində Yardımlı rayonunun Şıxlar kəndi yaxınlığında çətin keçilən ağlıq ərazidə meşə zolağında yanğın baş vermişdi.

XS
SM
MD
LG