Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 06:29

Trump indi də İranla ‘əsl’ nüvə sazişi danışıqlarına hazır olduğunu deyir


Donald Trump veteranlarla görüşdə

İran liderləri ilə iki gün ərzində qarşılıqlı sərt xəbərdarlıq səsləndirəndən sonra ABŞ prezidenti Donald Trump indi də Tehranla yeni nüvə sazişi danışıqlarına hazır olduğunu deyir.

“Nə baş verəcəyini görəcəyik, ancaq əsl saziş əldə etməyə hazırıq. Əvvəlki administrasiyanın razılaşdırdığı, fəlakətə çevrilmiş sazişdən deyil”, – Trump iyulun 24-də Missuri ştatında veteranlar qarşısında çıxışında deyib.

Trump ötən həftəsonu Tehranı hədələyib ki, “tarixdə çox az adamın başına gələn fəsadlarla üzləşə” bilər. İran prezidenti Hassan Rohani isə ona “şirin quyruğuyla oynamamağı” tövsiyə edib.

Ötən il Trump Şimali Koreya lideri Kim Jong Un-la da oxşar sərt ritorika aparmışdı. Onlar bu ilin iyununda sammit keçirdilər, nüvə sazişi üzrə danışıqlar aparmağa razılaşdılar.

ABŞ-ın müdafiə naziri Jim Mattis iyulun 24-də Trump-ın İrana qarşı hədələrini birbaşa şərh etmək istəməyib. Ancaq o da İranın Yaxın Şərqdəki fəaliyyətindən, Suriya prezidenti Bashar al-Assad-a, Yəmən hökuməti ilə savaşan husi şiəməzhəb yaraqlılarına dəstəyindən narazılığını bildirib.

XS
SM
MD
LG