Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 20:04

İsrail Suriya hərbi təyyarəsini vurduğunu bildirir


Golan Yüksəkliyində

İsrail ordusu hava məkanına daxil olan Suriya hərbi təyyarəsini vurduğunu bildirir.

“Az öncə İsrailin hava məkanına girmiş Suriyanın Sukhoi qırıcısına iki Patriot raketi atılıb”, – İsraili Müdafiə Qüvvələrinin (İMQ) bəyanatında deyilir.

“İMQ qırıcının irəliləməsini izləyib, o, İsrailin hava məkanında iki kilometr uçub. Daha sonra Patriot raketləri ilə vurulub”, – qurum vurğulayır.

İsrailin Ordu Radiosu təyyarənin işğal altında olan Golan Yüksəklikləri üzərində vurulduğunu, sərhədin Suriya tərəfinə düşdüyünü xəbərləyib.

Pilotun durumu barədə bilgi yoxdur.

Suriya tərəfdən məsələyə münasibət açıqlanmayıb.

XS
SM
MD
LG