Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 08:22

Rusiyalı hakerlər ABŞ-ın elektrik şəbəkələrinə ‘giribmiş’


İllüstrativ foto
İllüstrativ foto

Ötən il rusiyalı hakerlər Birləşmiş Ştatların elektrik şirkətləri şəbəkələrinə çıxış əldə edibmiş. Bu hücum nəticəsində ölkə qaranlığa qərq ola bilərdi. Bunu bazar ertəsi “The Wall Street Journal” hökumət rəsmilərinə istinadla yazıb. Üstəlik, onlar kampaniyanın hələ də davam etdiyini bildiriblər.

PAROLLARI ƏLDƏ EDƏRƏK ŞƏBƏKƏLƏRƏ GİRİBLƏR

Rusiyada dövlətin himayə etdiyi “Dragonfly”, yaxud “Energetic Bear” qrupları üçün çalışan hakerlər 2017-ci ildə “yüzlərlə qurban”ı hədəfə aldıqlarını iddia ediblər. Qəzet bunu Daxili Təhlükəsizlik Departamentinin rəsmilərinə istinadla yazıb.

***Buna da bax: Birləşmiş Ştatlar Rusiyanın kiberhücumunu önlədiyini deyir

Hakerlərin saxta mesajlar vasitəsilə qurbanların parollarını əldə etdiyi, təchizatçıların korporativ şəbəkələrinə girdiyi qeyd edilir.

Daxili Təhlükəsizlik Departamenti məsələni, hələlik, şərh etməyib. Ancaq qəzetin yazmasına görə, departament dörd brifinq keçirməyi planlaşdırır və hücumların arxasında rusiyalıların durmasına dəlil axtarır. WSJ-yə danışan təhqiqatçıların fikrincə, hakerlərin bunu daha böyük hücuma hazırlıq məqsədiylə edib-etməməsi aydın deyil.

Bu arada Moskvayla Vaşinqton arasında kibergərginlik artmaqdadır. ABŞ-da böyük federal jüri iyulun əvvəlində 12 rusiyalı kəşfiyyat zabitinə ittiham irəli sürüb. Onlar 2016-cı ilin prezident seçkisi zamanı demokratların namizədi Hillary Clinton və Demokrat Partiyasının kompüter şəbəkələrinə haker hücumlarında suçlanırlar.

***Buna da bax: Putin: Rusiya 25 milyon kiberhücuma məruz qalıb

Hazırda ABŞ-da xüsusi prokuror Robert Mueller Rusiyanın 2016-cı il seçkisində rolunu, respublikaçıların namizədi Donald Trump-ın seçki kampaniyası ilə Moskvanın mümkün əlbirliyini araşdırır.

Rusiya seçkiyə müdaxilə etmədiyini deyir, Trump da istənilən əlbirliyi danır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG