Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:55

Birləşmiş Ştatlar Rusiyanın kiberhücumunu önlədiyini deyir


Ukraynada ötənilki kiberhücumdan sonra supermarketdə növbələr yaranmışdı
Ukraynada ötənilki kiberhücumdan sonra supermarketdə növbələr yaranmışdı

ABŞ Ədliyyə Departamenti bildirir ki, Rusiya hərbi kəşfiyyatına bağlı haker qrupunun idarə etdiyi internet domeni ələ keçirib, qrup çox güman Ukraynada böyük kiberhücum planlaşdırırmış.

Departamentin deməsinə görə, yoluxmuş təhlükəli kompüter şəbəkə ruterləri hakerlərə kompüterləri ələ keçirmək, dağıdıcı hücumlar gerçəkləşdirmək, dəyərli informasiya oğurlamaq imkanı verəcəkdi.

Ukraynanın əsas təhlükəsizlik agentliyi isə 23-də xəbərdarlıq etmişdi ki, mayın 26-da Kiyevdə keçirilməsi planlaşdırılan Çempionlar Liqasının final oyununa Rusiya tərəfdən kiberhücum baş verə bilər.

Federal Təhqiqat Bürosunun (FBI) direktor müavini Scott Smith-in deməsinə görə, qurum hücumun ziyanının minimuma endirilməsindən ötrü vacib addım atıb, ancaq iş davam edir.

KƏŞFİYYAT DƏYƏRLİ OBYEKTLƏRİ HƏDƏFLƏYİR

FBI bot şəbəkəsinin APT28, Pawn Storm, Sandworm, Fancy Bear və yaxud Sofacy Group adları ilə çağırılan haker qrupu tərəfindən yaradıldığını bildirib.

Ötən ilin iyunundakı kiberhücum dünyanın bir çox ölkələrinə ziyan vurmuşdu
Ötən ilin iyunundakı kiberhücum dünyanın bir çox ölkələrinə ziyan vurmuşdu

Bu qrup bir çox hökumətlər, elektrik stansiyaları, ATƏT, Ümumdünya Antidopinq Agentliyi kimi həssas qurumlar üzərinə kiberhücumlarda suçlanır.

Ötən il ABŞ kəşfiyyat agentlikləri qrupu 2016-cı il prezident seçkisi zamanı Demokratlar Partiyasına zərbə vuran informasiyanı oğurlayıb yaymaqda ittiham edib. Eləcə də Ukraynada bir neçə kompüter şəbəkəsinin işini pozmaqda suçlanıb.

“Kibertəhlükəsizlik tədqiqatçılarına görə, Sofacy Group Rusiyadan qaynaqlanan kibercasusluq qrupudur”, – Ədliyyə Departamenti mayın 23-də axşam bildirib.

“2007-ci ildən fəaliyyət göstərən qrup hökumətləri, hərbi, təhlükəsizlik təşkilatlarını, kəşfiyyat dəyəri olan digər obyektləri hədəfləyir”, – məlumatda deyilir.

Departament Sofacy Group-un arxasında kimin durduğunu açıqlamayıb. Ancaq ABŞ kəşfiyyatı keçmişdə bu qrupu Rusiyanın GRU hərbi kəşfiyyat agentliyinə bağlayıb.

Kreml hələlik, məsələni şərh etməyib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG