Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:41

Putin: Rusiya 25 milyon kiberhücuma məruz qalıb


Rusiyanın Finlandiyadakı səfiri Pavel Kuznetsov (solda) Vladimir Putin-i Helsinki aeroportunda qarşılayır
Rusiyanın Finlandiyadakı səfiri Pavel Kuznetsov (solda) Vladimir Putin-i Helsinki aeroportunda qarşılayır

Futbol üzrə dünya çempionatı zamanı Rusiya 25 milyon kiberhücuma məruz qalıb. Bunu Rusiya prezidenti Vladimir Putin deyib, amma hücumların arxasında kimin dura bilməsi haqda ehtimalını səsləndirməyib.

“Dünya kuboku zamanı, Rusiyanın informasiya strukturlarına 25 milyonadək kiberhücum və digər kriminal hərəkət törədilib. Bunlar bu və ya digər şəkildə çempionatla bağlı olub və neytrallaşdırılıb”, – “Frans Pres” agentliyinin xəbərinə görə, Putin bunu bazar günü təhlükəsizlik xidmətləri ilə görüşündə dilə gətirib.

“MAKSİMUM KONSENTRASİYA”

Prezidentin dediklərini bu gün – iyulun 16-da Kreml yayıb. Ancaq Putin kiberhücumların təbiəti, mümkün mənbəyi barədə informasiya açıqlamayıb.

“Dünya kubokunun uğuru arxasında nəhəng hazırlıq, əməliyyat, analitik və informasiya işi durur, biz maksimum imkanlar və konsentrasiya ilə çalışdıq”, – Putin bildirib.

Arxiv fotosu
Arxiv fotosu

Dünya kuboku iyunun 14-dən iyulun 15-dək Rusiyanın 11 şəhərində, 12 stadionunda keçirilib.

Son vaxtlar Qərb ölkələri Moskvanın özünü kiberhücumlar gerçəkləşdirməyə görə dəfələrlə suçlayıb.

Ötən həftə Rusiyanın 12 hərbi kəşfiyyat zabitinə 2016-cı ildə prezidentliyə namizəd Hillary Clinton-un seçki kampaniyasına, Demokratlar Partiyasına haker hücumu ittihamı irəli sürülüb. Bu gün Helsinkidə ABŞ prezidenti Donald Trump-ın Putin-lə gözlənən görüşü çərçivəsində bu ittihamnamə şok effekti yaradıb.

İttihamları Federal Təhqiqatlar Bürosunun keçmiş direktoru, xüsusi prokuror Robert Mueller irəli sürüb. O, Rusiyanın 2016-cı il seçkisinə mümkün müdaxiləsi, Trump-ın seçki kampaniyasının üzvləri ilə Moskvanın mümkün əlbirliyini araşdırır.

Trump bu istintaqı “əcinnə ovu” adlandırır, Rusiya isə ittihamları təkzib edir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG