Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 16:36

Əfqanıstanda hava zərbəsindən azı 14 dinc sakin öldürülüb


Əfqanıstanda məcburi köçkünlər, 20 iyul, 2018-c il

İyulun 19-da Əfqanıstanın şimalındakı Kunduz şəhərinə əfqan-ABŞ hava zərbəsindən azı 14 nəfər həlak olub. Onların içində qadınlar və uşaqlar var. Ölkə rəsmiləri zərbəni Əfqanıstan, yaxud ABŞ təyyarəsinin endirdiyinin, hələlik, aydınlaşdırılmasını vurğulayıb. Belə ki, hər iki ölkənin təyyarələri quru əməliyyatını dəstəkləmək üçün missiya həyata keçirirmişlər.

ABŞ ordusunun bəyanatında hücuma görə onun təyyarələrinin məsuliyyət daşımasının əlaməti olmadığını vurğulayıb.

Müdafiə Nazirliyinin sözçüsü Mohammad Radmanish ölü sayını təsdiqləyib, daha iki dinc sakinin xəsarət aldığını bildirib.

Apreldə Kunduzda dini məktəbə Əfqanıstan hava qüvvələrinin zərbəsində azı 50 nəfər həlak olmuşdu, aralarında dinc sakinlər də vardı.

Son aylar, həm Əfqanıstan qüvvələri, həm də silahlı qruplaşma üzvləri əməliyyatları gücləndirib, dinc sakinlər arasında ölüm halları rekord səviyyəyə yüksəlib.

XS
SM
MD
LG