Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 14:59

Kocharian iyulun 26-da ifadə verməlidir


Robert Kocharian (sağda) və Mikael Harutiunian, 2007-ci il
Robert Kocharian (sağda) və Mikael Harutiunian, 2007-ci il

Ermənistanın ikinci prezidenti Robert Kocharian iyulun 26-da Xüsusi İstintaq Xidmətində istintaqa çağırılıb. Bu haqda xidmətin rəhbəri Sasun Khachatrian məlumat verib.

Kocharian 2008-ci ilin 1 mart hadisələri üzrə şahid kimi ifadə verməyə çağırılıb. İş üzrə Yerevan qarnizonunun ovaxtkı rəhbəri Yuri Khachaturov da şahid kimi dindiriləcək. Təqsirləndirilən isə keçmiş müdafiə naziri Mikael Arutiunian-dır. O, hazırda xaricdədir.

Kocharian-ın idarəsi daha öncə onun iyulun 25-də Ermənistana qayıdacağını, hüquq-mühafizə orqanlarının suallarını cavablandırmaqda problem görmədiyini açıqlamışdı.

“Cənab Kocharian-a çağırış göndərilib və onun iyulun 26-da istintaqa gələcəyi gözlənir”, – Khachatrian deyib.

Sasun Khachatrian
Sasun Khachatrian

“Dindirilmənin videoçəkilişi aparılacaqmı” sualına cavabında o deyib ki, bu məsələ, hələlik, müzakirə olunmayıb.

2008-ci ildə müxalifət hərəkatının başında olanlar dindirilməyə çağırılıbmı? Xüsusi İstintaq Xidməti bu məsələyə aydınlıq gətirməyib. Söhbət ilk növbədə birinci prezident Levon Ter-Petrosian və indiki baş nazir Nikol Pashinian-dan gedir.

“Dindirilməyə kimin çağrılmasıyla bağlı heç bir məhdudiyyət yoxdur. Şahid kimi vacib informasiyası ola biləcək istənilən şəxs dindirilə bilər”, – Sasun Khachatrian deyib.

Petrosian və Pashinian istintaqa çağırılıbmı? AzadlıqRadiosu-nun erməni xidmətinin bu sualına qurum rəhbəri indi cavab vermək istəmədiyini açıqlayıb.

XATIRLATMA

Qeyd edək ki, 2008-ci il martın 1-də, Serzh Sarkisian-ın qalib gəldiyi prezident seçkisindən sonra kütləvi etirazlar olmuş, hüquq mühafizə orqanları ilə etirazçılar toqquşmuşdu. Martın 1-də səhər polislər Yerevandakı Azadlıq meydanında gecələyən müxalifətçilərə hücum etmişdi. Müxalifətçilər seçkinin rəsmi nəticələrinə etiraz edirdilər. Həmin gün baş vermiş toqquşmalarda 10 nəfər həlak olub, yüzlərlə adam yaralanıb.

Qanlı hadisələrdən 10 il keçir, ancaq ölüm səbəbləri də hələ də aydın deyil.

Bu ilin aprel-mayında Ermənistanda hakimiyyət dəyişikliyindən sonra Sasun Khachatrian istintaq xidmətinin rəhbəri təyin olunub. O deyib ki, “1 mart” işinin açılmasından ötrü xidmətin siyasi iradəsi var.

Xidmət iyulun 3-də bildirib ki, keçmiş müdafiə naziri Mikael Arutiunian “1 mart” işi üzrə təqsirləndirilən qismində cəlb olunub, ona ittiham irəli sürülüb, axtarış elan edilib. Məhkəmə Arutyunyan barəsində iki aylıq qiyabi həbs qərarı çıxarıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG