Keçid linkləri

Təcili xəbərlər
2018, 23 İyul, Bazar ertəsi, Bakı vaxtı 19:48

May Trump-Putin sammitindən nə gözləyir


Donald Trump (solda) və Theresa May söhbət edərkən, 11 iyul, 2018-ci il

Britaniyanın baş naziri Theresa May ABŞ prezidenti Donald Trump-ın rusiyalı həmkarı Vladimir Putin-lə gözlənən sammitini alqışlayıb, deyib ki, bu görüşdən NATO və Moskva arasında konflikt riskini azaltmaq üçün istifadə olunmalıdır.

İyulun 11-də axşam NATO liderləri birgə nahar ediblər. Həmin gün Trump ilə Avropa liderləri arasında ziddiyyətlər yaşanmasına baxmayaraq, May iyulun 16-na planlaşdırılan Putin-Trump sammitinə müsbət yanaşdığını bildirib.

May nahar zamanı Moskva-nın “məkrli fəaliyyəti”ndən də söz açıb. Qərbdə Kremllə əlaqələndirilin kiberhücumlara, Britaniya torpağında rusiyalı keçmiş casusun Sovet ittifaqında hazırlanmış sinir qazıyla zəhərlənməsinə toxunub.

Zəhərlənmə insidentindən sonra London-Moskva münasibətləri gərginləşib.

Ancaq May naharda deyib ki, Rusiyayla “vahid və güclü mövqe”dən işləməlidirlər, Rusiyanın davranışında nəyi düzəltməli olmasını da aydın şəkildə bildirməlidirlər.

Trump bundan öncə NATO müttəfiqlərini, özəlliklə də, Almaniyanı ittiham edib, onların müdafiə xərcləri ilə bağlı öhdəliklərinə əməl etmədiklərini vurğulayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG