Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:36

Ermənistanda xeyriyyə fondunun puluna qumar oynayan istefa verib


Ara Vardanian Milli Təhlükəsizlik Xidmətində, 3 iyul, 2018-ci il
Ara Vardanian Milli Təhlükəsizlik Xidmətində, 3 iyul, 2018-ci il

“Hayastan” Ümumermənistan fondunun icraçı direktoru Ara Vardanian vəzifəsindən istefa verib. O, həmin postda qalmasının fondun imicinə ziyan vurduğunu, bu durumun özü üçün qəbuledilməz olduğunu bildirib.

AzadlıqRadiosu-nun erməni xidmətinin məlumatına görə, Vardanian bəyanatında deyir:

“Hayastan ümumerməni fonduna ümumxalq inamı və onun xeyirxah adı hər şeydən, istənilən şəxsin davranışından və üstün tutduğu məqamlardan yuxarıda durur. Mən bunu dərk edərək 9 il bu ən böyük quruma rəhbərlik etmişəm. Fondun adını bilməyərəkdən ləkələdiyimə görə dərindən təəssüflənirəm”.

***Buna da bax: Kocharian dindirilməyə ‘hazırdır’

130 MİLYON DRAM

Vardanian fondun bütün donorlarından, təqaüdçülərdən, iri xeyriyyəçilərdən üzr istədiyini yazır. O, ianələrin təyinatı üzrə xərcləndiyini, Ermənistanda və Qarabağda (Azərbaycanın işğal altında olan bölgəsi – red.) məktəblərin, bağçaların, xəstəxanaların, mədəniyyət mərkəzlərinin tikintisi və təmirinə sərf olunduğunu qeyd edir.

Ara Vardanian ötən gün ölkə prezidenti Armen Sarkisian-a istefa ərizəsini təqdim edib. Ona vəzifə səlahiyyətindən sui-istifadə ittihamı irəli sürülüb. Ancaq istefa ərizəsini fondun qəyyumlar şurası təsdiqləməlidir.

Vardanian vəsaitlərin mənimsənilməsində, vəzifə səlahiyyətindən sui-istifadədə şübhəli bilinərək milli təhlükəsizlik xidməti tərəfindən iyulun 3-də saxlanıb. İyulun 5-də zaminə buraxılıb.

***Buna da bax: Yerevan meri istefasını elan edir

Təhlükəsizlik Xidmətinin məlumatına görə, Vardanian faktlar qarşısında etiraf edib ki, fonda verilmiş kredit kartı və 25 milyon dramlıq kredit xəttindən şəxsi məqsədlər üçün istifadə edib, onlayn kazinoya pul qoyub. Vardanian-ın kredit kartından silinən pulları fonda ayrılan ianələrlə qaytardığı, daha sonra mühasibatlığa şəxsən nağd pul köçürərək fondun vəsaitlərini mənimsədiyini ört-basdır etdiyi bildirilir.

O da qeyd olunur ki, saxlanmamışdan öncəki bir həftə ərzində Vardanian fondun bank kartından onlayn kazinoya 14 milyon dram köçürüb. 2016-2018-ci illər ərzində köçürülən vəsait isə 130 milyon drama yaxın olub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG