Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:49

Kocharian dindirilməyə ‘hazırdır’


Robert Kocharian (sağda) müdafiə naziri Mikael Harutiunian, 15 noyabr, 2007-ci il
Robert Kocharian (sağda) müdafiə naziri Mikael Harutiunian, 15 noyabr, 2007-ci il

Ermənistanın keçmiş prezidenti Robert Kocharian 2008-ci ilin 1-2 mart hadisələri ilə əlaqədar dindirilməyə hazırdır. Keçmiş prezidentin idarə rəhbəri Viktor Sogomonian jurnalistlərlə söhbətində deyib ki, Kocharian-ın bu məsələylə bağlı heç bir narahatlığı yoxdur.

Sogomonian-ın deməsinə görə, ötən həftənin sonunda Xüsusi İstintaq Xidməti Robert Kocharian-a şahid kimi dindirilməkdən ötrü çağırış göndərib. O, Kocharian-ın hazırda Ermənistanda olmadığını, iyulun 25-də qayıdacağını və qayıdan kimi də ifadə verməyə hazır olduğunu vurğulayıb.

Robert Kocharian şahid statusunun təqsirləndirilənlə əvəzlənə biləcəyi sarıdan narahatdırmı? AzadlıqRadiosu-nun erməni xidmətinin bu sualına cavabında Sogomonian deyib ki, keçmiş prezidentin heç bir əndişəsi yoxdur.

Xüsusi İstintaq Xidmətinin rəhbəri Sasun Khachatrian iyulun 4-də deyib ki, Kocharian 1-2 mart hadisələri ilə bağlı şahid kimi ifadə verməyə çağırılıb.

ORDU RƏHBƏRLİYİ İLƏ NƏ MÜZAKİRƏ OLUNUB?

Qeyd edək ki, 2008-ci il martın 1-də, Serzh Sarkisian-ın qalib gəldiyi prezident seçkisindən sonra kütləvi etirazlar olmuş, hüquq mühafizə orqanları ilə etirazçılar toqquşmuşdu. Martın 1-də səhər polislər Yerevandakı Azadlıq meydanında gecələyən müxalifətçilərə hücum etmişdi. Müxalifətçilər seçkinin rəsmi nəticələrinə etiraz edirdilər. Həmin gün baş vermiş toqquşmalarda 10 nəfər həlak olub, yüzlərlə adam yaralanıb.

Qanlı hadisələrdən 10 il keçir, ancaq ölüm səbəbləri də hələ də aydın deyil.

Bu ilin aprel-mayında Ermənistanda hakimiyyət dəyişikliyindən sonra Sasun Khachatrian istintaq xidmətinin rəhbəri təyin olunub. O deyib ki, “1 mart” işinin açılmasından ötrü xidmətin siyasi iradəsi var.

Xidmət iyulun 3-də bildirib ki, keçmiş müdafiə naziri Mikael Arutyunyan “1 mart” işi üzrə təqsirləndirilən qismində cəlb olunub, ona ittiham irəli sürülüb, axtarış elan edilib. Məhkəmə Arutyunyan barəsində iki aylıq qiyabi həbs qərarı çıxarıb.

Robert Kochairan isə əmin edir ki, 2008-ci ildə hərbçilərin siyasi proseslərə qatılmasını əngəlləməyə çalışıb.

O, “Yerevan Today” qəzetinə yazılı müsahibəsində deyib ki, fevralın 23-də silahlı qüvvələrin komandanlığı ilə yarım saatdan da az görüşü olub. Onun sözlərinə görə, həmin görüşdə “Yerkrap” könüllülər birliyinin idarə heyətinin ayrı-ayrı üzvlərinin prezidentliyə namizəd Levon Ter Petrosian-ın nümayişlərində iştirakı məsələsi müzakirə olunub. Onlar birliyin rəhbəri, general, o zaman müdafiə nazirinin müavini postunda olan Manvel Grigorian-ı da onlara qoşulmağa çağırıblar.

“Belə görünürdü ki, ordu seçkisonrası proseslərə cəlb olunur. Mən ordunun siyasi proseslərdə iştirakının qəbuledilməz olduğunu dedim, generalların hamısından tələb etdim ki, mövqelərini müəyyənləşdirsinlər – ya orduda istefa ərizəsi yazsınlar, ya da birliyin idarə heyətindən çıxsınlar”, – Kocharian deyib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG