Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:41

Yerevan meri istefasını elan edir


Yerevan meri Taron Markarian (sağda) keçmiş prezident Sarkisian-la (Foto arxivdəndir)
Yerevan meri Taron Markarian (sağda) keçmiş prezident Sarkisian-la (Foto arxivdəndir)

Ermənistan paytaxtının nüfuzlu meri kütləvi etirazların ardınca son siyasi dəyişikliklərin əsnasında istefa verib.

İstefa bəyanatında Taron Markarian bu addımın səbəbləri barədə detallara varmayıb.

O deyib: “Mən öz proqram və vədlərimə həmişə sadiq olmuşam. Buna görə də yolları mənimləayrılan bütün həmvətənlərimdən üzrxahlıq edirəm”.

Milli Təhlükəsizlik Xidməti iyunun ortalarında Markarian-ın rəhbərlik etdiyi bələddiyyə fondunun ofisinə reyd keçirəndən bəri mer təzyiq altında idi.

Yerevan fondunun direktoru və başqa bir bələdiyyə rəsmisi meriyadan ev tikintisi üçün icazə istəyən şirkətlərdən xeyriyyə fondu üçün böyük məbləğlərdə pul qopartmaqda şübhəli kimi saxlanıblar.

Markarian son iki həftədə ictimaiyyət qarşısında görünməmişdi.

Keçmiş hakim Respublikaçı Partiyasının nüfuzlu üzvü və keçmiş baş nazirin oğlu olan Markarian Yerevan meri postunu 2011-ci ildən tuturdu.

O istefasını elan etməzdən az əvvəl keçmiş hakim partiyanın Yerevan komitəsinin rəhbərləri ilə görüşmüşdü.

Ermənistanda xalq etirazlarının ardınca Nikol Pashinian-ın hakimiyyətə gəlməsi istefaların zəncirvari reaksiyasını doğurub.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG