Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 06:08

Mağarada qalanlar xilas edilib


Valideynlər intizarla gözləyir

Artıq 12 yeniyetmə və onların məşqçisi Tailandda mağaradan çıxarılıb.

***

Tailandda mağarada qalmış dörd yeniyetmənin və onların məşqçisinin çıxarılması əməliyyatı artıq başlayıb.

Xilasetmə missiyasının rəhbəri Narongsak Osottanakorn jurnalistlərə deyib ki, onların hamısı iyulun 10-da “eyni vaxtda” xilas ediləcək.

Mağaradakı qrup bir həftə öncə aşkarlanıb, onlarla bir həkim, üç xilasedici də qalır.

İyulun 9-da mağaradan daha dörd yeniyetmə çıxarılıb və xilas olunanların sayı 8-ə çatıb.

11-16 yaşlarında 12 oğlan məşqçiləri ilə birlikdə iyunun 23-də mağaraya eniblər və leysan yağışlar onların yolunu kəsib.

Xilasetmə əməliyyatına 10 ölkədən 1000-dən çox adam qoşulub.

XS
SM
MD
LG