Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:40

Erdogan kürəkənini maliyyə naziri qoydu


Recep Tayyip Erdogan parlamentdə, 9 iyul, 2018-ci il
Recep Tayyip Erdogan parlamentdə, 9 iyul, 2018-ci il

Türkiyə prezidenti Recep Tayyip Erdogan kürəkənini xəzinədarlıq və maliyyə naziri vəzifəsinə təyin edib. “Reuters” agentliyi xəbər verir ki, bundan sonra lirə bir az da ucuzlaşıb, mərkəzi bankın müstəqilliyi sarıdan narahatlıq artıb.

Dünən – iyulun 9-da Erdogan Ankarada prezident andı içib. O, daha sonra hökumət üzvlərinin siyahısını açıqlayıb. Kürəkəni Berat Albayrak Xəzinədarlıq və Maliyyə Nazirliyinin başına gətirilib.

Erdogan imzaladığı bir fərmanla isə mərkəzi bank rəhbərlərinin təyinat yolunu dəyişdirib. Rəsmi qəzetdə dərc olunmuş, qanun qüvvəsi daşıyan fərmanda mərkəzi bank rəhbərlərinin hökumət tərəfindən beş illiyə təyin olunmasını nəzərdə tutan maddə ləğv edilib.

QARANLIQ MƏQAMLAR

Ancaq “Bloomberg”in yazmasına görə, sənəddə gələcək təyinatları kimin edəcəyi, mərkəzi bank rəhbərlərinin hansı müddəti təyin olunacağı göstərilmir.

***Buna da bax: Türkiyədə yeni sistem necə işləyəcək

Sənədə görə, bank rəhbəri öz müavinlərinin seçilməsində söz sahibi olmayacaq. Müavinlər Pul Siyasəti Komitəsinin üzvləridirlər və faiz dərəcələrini təyin edirlər.

Erdogan-ın baş köməkçisi Cemil Ertem Twitter-də yazıb ki, mərkəzi bank rəhbərlərini prezident təyin edəcək. Bu seçim prosesində başqa kim iştirak edəcək, bəlli deyil.

Prezidentin fərmanından sonra lirə 0,2 faiz ucuzlaşıb və dünən axşam İstanbulda bir dollar 4,4822 lirəyə bərabərləşib.

“Bloomberg” yazır ki, bu gözlənilməz addımdan sonra mərkəzi bankın gələcək fəaliyyətilə bağlı suallar açıq qalır. Ancaq görünür, Erdogan mayda verdiyi vədə əməl etmək niyyətindədir, yəni pul siyasətinə nəzarəti gücləndirmək istəyir. Erdogan elə o vaxt bu niyyəti dilə gətirəndə lirə ucuzlaşmışdı.

***Buna da bax: ATƏT Türkiyə seçkilərini tənqid edir

Onların nəyi dəyişmək istədiyini bilmirik. Təyinat prosesinimi, müddətimi, ya hər ikisini? Görünür, daha böyük dəyişiklik etmək istəyirlər. Yəqin, bunu aydınlaşdırmaq üçün bizə başqa bir fərman gərəkəcək”, – Nomura International şirkətinin iqtisadçısı Inan Demir Londondan emaillə bildirib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG