Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 06:50

Jon Huntsman: Trump-Putin görüşündən nə gözləmək olar?


ABŞ-ın Ruisyadakı səfiri Jon Huntsman
ABŞ-ın Ruisyadakı səfiri Jon Huntsman

ABŞ-ın Rusiyadakı səfiri prezident Donald Trump-ın Rusiya lideri Vladimir Putinlə görüşmək qərarını müdafiə edib və deyib ki, Vaşinqtonla münasibətlərini yaxşılaşdırmaq Moskvanın öz işidir.

İyulun 5-də selektorla mətbuat konfransı keçirən Jon Huntsman deyib ki, Trump əvvəlcə Putinlə təkbətək görüşəcək, bunun ardınca hər iki tərəfdən rəsmilərin iştirakilə geniş görüş olacaq.

Başqa rəsmi və ekspertlərdən fərqli olaraq Huntsman Moskvanın Ukraynaya qarşı təcavüzünün davam etdiyi və Rusiyanın 2016-cı il ABŞ seçkisinə müdaxiləsinin araşdırıldığı bir vaxtda Trump-ın Putinlə görüşməsində heç bir problem görmədiyini deyib.

"Rusiyanın bizim ikitərəfli münasibətlərimizdə tərəqqi etmək istəyib-istəmədiyini bilmək bizim milli təhlükəsizlik marağımızdadır”.

İyulun 16-da Helsinkifdə keçiriləcək bu sammit iki lider arasında indiyədək ən böyük görüş olmalıdır.

Səfir bunu da bildirib ki, bu görüş zamanı Yeni START silah müqaviləsinin və Ortamənzilli Raketlərə Dair Sazişin müddətlərinin uzadılması mümkünlüyü də müzakirə olunacaq. Hazırda Vaşinqton hər iki sənədin Rusiya tərəfindən dəfələrlə pozulduğunu iddia edir.

Bu görüşdə Trump-ın Moskvanın ABŞ seçkisinə iddia edilən müdaxiləsi barədə məsələni qaldırıb-qaldırmayacağına dair qarışıq bəyanatlar səslənib.

Trump Moskvanın seçkiyə müdaxiləsinə dair ABŞ kəşfiyyat agentliklərinin nəticələrini şübhə altına alır.

Huntsman deyib ki, bu görüşdə Ukraynanın şərqində davam edən münaqişənin müzakirə olunacağı da gözlənilir. ABŞ və Qərb Rusiyanın Ukraynanın Krım yarımadasını ilhaq etməsinə görə Moskva üzərinə sanksiyalar qoyub.

Trump bu yaxınlarda ABŞ-ın siyasətini şübhə altına aldığına dair işarələr verib və deyib ki, Krımı Rusiyanın bir hissəsi kimi tanıyacağının mümkünlüyünü istisna etmir.

Trump Helsinkiyə səfərdən əvvəl Brüsseldə NATO dövlət başçlıları ilə görüşəcək.

ABŞ prezidenti Amerika qoşunlarını Avropadan çıxara biləcəyinə dair də üstüörtülü hədələr səsləndirib.

XS
SM
MD
LG